Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok

Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - ŞokSaleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb.

Avrasiya.net Gününsəsi.info-ya istinadla xəbər verir ki, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub.

Bildirilir ki, Saleh Məmmədovun qarşısına bu vəsaiti geri qaytarmaq tələbi qoyulub:

“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovun və ətrafının həbsi ilə nəticələnəcək”.

Məlumatda həmçinin o da qeyd olunur ki, Saleh Məmmədov vəziyyətin yumşaldılması üçün yeni maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.

Qeyd edək ki, 2026-cı il fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər