Rusiya İsrailə aid 55 hədəfin məlumatlarını İrana ötürüb

Rusiya kəşfiyyatı İsrail ərazisində yerləşən kritik enerji infrastrukturu obyektlərinin ətraflı siyahısını İrana təqdim edib. Siyahıya 55 obyekt daxil edilib.

Bu barədə “Yerusəlim Post” Ukrayna xüsusi xidmət orqanlarına yaxın mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bu məlumat Tehrana İsrailin enerji sisteminə dəqiq zərbələr endirmək imkanı verə bilər. Siyahıya daxil edilən obyektlər strateji əhəmiyyətinə görə üç kateqoriyaya bölünüb. Birinci səviyyəyə ən kritik istehsal obyektləri daxil edilib:

“Məhz bu obyektlərin məhv edilməsi milli enerji sistemini iflic edə bilər. Hesabatda konkret olaraq “Orot Rabin” elektrik stansiyası əsas hədəf kimi göstərilib.

İkinci səviyyəli hədəflər iri şəhər və sənaye enerji qovşaqlarıdır. Bu obyektlər əsasən İsrailin mərkəzi hissəsində yerləşir və böyük yaşayış məntəqələrinə xidmət edir.

Üçüncü səviyyəyə isə yerli infrastruktur aid edilib. Buraya sənaye zonalarını və daha kiçik elektrik stansiyalarını enerji ilə təmin edən regional yarımstansiyalar daxildir”, - məlumatda qeyd olunub.

Rusiya kəşfiyyatı bildirib ki, İsrailin enerji sistemi yüksək dərəcədə izolyasiya olunub və bu, onun zəif tərəfidir:

“İsrail qonşu ölkələrdən elektrik enerjisi idxal etməyən “enerji adası” olduğuna görə, Rusiya kəşfiyyatı iddia edir ki, hətta bir neçə əsas komponentin zədələnməsi belə tam və uzunmüddətli enerji çöküşünə səbəb ola bilər. Bu isə kütləvi elektrik kəsintilərinə və aradan qaldırılması çətin olan texniki nasazlıqlara gətirib çıxarar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər