Sabunçuda iki nəfər dəm qazından öldü
Dərc olunub:
Dünən, 11:56
Sabunçu rayon sakini dəm qazından boğulub.
Avrasiya.net xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Maştağa qəsəbə sakini 1994-cü il təvəllüdlü Qəhrəman Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Tahirov da yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Hər iki fakt üzrə araşdırma aparılır.
