“Çevikçi” kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub

Hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilmiş, Dövlət Himni səsləndirilmiş, xalqımızın Dahi Öndəri, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların ölkənin müdafiə qüdrətini keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini xüsusi vurğulayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qeyd etmişdir ki, bu strategiyanın tərkib hissəsi olaraq Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilmiş, şəxsi heyətin peşəkarlıq səviyyəsi daha da artırılmış və sərhəd mühafizəsi sistemi ən qabaqcıl texnologiyalar əsasında təkmilləşdirilmişdir. Əldə olunan bu uğurlar Dövlət Sərhəd Xidmətinin qarşısında duran vəzifələrin daha yüksək səviyyədə icrasına geniş imkanlar açmış, sərhədlərimizin toxunulmazlığının təmin edilməsində mühüm rol oynayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti müasir dövrün tələblərinə uyğun olaraq hazırlıqlı, vətənpərvər və yüksək intizamlı qüvvələr kimi formalaşır. Çevik Hərəkət Qüvvələrinin “Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara bu gün təqdim edilən beretlər isə onların peşəkarlığının, döyüş hazırlığının və Vətənə sədaqətinin rəmzidir.

Beretləri böyük qürur hissi ilə qəbul edən hərbi qulluqçular göstərilən yüksək etimada görə Ali Baş Komandana dərin minnətdarlıqlarını ifadə edərək, Vətənə, millətə və Dövlət Bayrağına, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, Vətənin müdafiəsinə hər an hazır olacaqlarına, bu müqəddəs amal uğrunda canlarını və qanlarını əsirgəməyəcəklərinə and içmişlər.

Tədbirin sonunda şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər