İran nüvə silahından imtina edəcəyinə söz verdi - Tramp
Dərc olunub:
Dünən, 21:32
İran birbaşa təmaslarda bütün nüvə silahından imtina edəcəyinə söz verir, lakin ictimai çıxışlarda uranın zənginləşdirilməsi hüququndan danışır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“Onlar üzümüzə deyirlər ki, bütün nüvə silahlarından xilas olurlar, onu məhv edirlər. Lakin sonra mediaya çıxıb deyirlər: “Xeyr, biz uranı zənginləşdirmək istəyirik”. Baxıb, görərik”, - deyə Ağ Ev rəhbəri bildirib.
