NATO-nun Rusiyadan müdafiəsinə yenidən baxacam
Dərc olunub:
Dünən, 13:19
NATO ölkələrinin Rusiyadan müdafiəsi məsələsinə yenidən baxacam.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz NATO-nun Rusiyadan müdafiəsinə kömək etmək üçün trilyonlarla dollar xərcləmişik. Düşünürəm ki, bu məsələ ciddi şəkildə nəzərdən keçiriləcək”, - Tramp bildirib.
Qeyd edək ki, Tramp Hörmüz boğazının açılmasına dəstək vermədiyi üçün NATO ölkələrinə qarşı aqressivliyini davam etdirir.
