Misirdə əcnəbilər Azərbaycan dili kurslarında iştirak edirlər

Misirdə Azərbaycan dilinə maraq günbəgün artır. Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Cəmiyyətin sədri və Dünya Azərbaycalı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə Azərbaycanın tarixi, zəngin mədəni irsi, ədəbiyyatı və müasir inkişafı barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan dilinə artan marağın nəticəsi olaraq kurslara 200-dən çox müraciət daxil olub. Onlardan 45 nəfər üçün yeni qruplar təşkil olunub.

Qeyd olunub ki, kurs iştirakçıları arasında yalnız misirlilər deyil, müxtəlif ölkələrin vətəndaşları da yer alır.

Cəmiyyətdəki kurslarda Azərbaycan dilini tədris edən İnarə Osmanova tələbələrə dilimizin əhəmiyyəti və ərəb dili ilə oxşar xüsusiyyətləri barədə məlumat verib.
Hazırda Cəmiyyət nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər