"Nəsillərə örnək ömür yolu - Akademik Zərifə Əliyeva"

Azərbaycanın tibb elmi və ictimai fikir tarixində akademik Zərifə xanım Əliyevanın siması fədakarlığın, yüksək intellektin və sonsuz humanizmin simvolu kimi ucalır. Aprelin 15-i xalqımız bu böyük şəxsiyyəti ömrünü insanların gözünə işıq, qəlbinə ümid bəxş etməyə həsr etmiş nəcib Azərbaycan qadınını dərin ehtiramla anır. Zərifə xanım Əliyevanın fəaliyyəti təkcə bir mütəxəssisin həyat hekayəsi deyil, Azərbaycan oftalmologiya elminin təşəkkül və yüksəliş tarixidir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın qədim Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailə mühiti ona uşaqlıqdan məsuliyyət, vətənpərvərlik və elmə sevgi aşılamışdı. 1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur və 1947-ci ildə oranı əla qiymətlərlə başa vuraraq şəfa paylayan bir peşənin sahibi olur. Onun elmi fəaliyyəti 1949-cu ildən Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi başlayır və pillə-pillə yüksələrək akademik zirvəyə qədər davam edir. XX əsrin ortalarında Azərbaycanda gözü zədələyən və ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma infeksiyası geniş yayılmışdı. Bu xəstəliklə mübarizə o dövrün səhiyyəsi üçün ən mühüm sınaqlardan biri idi. Zərifə xanım bu mübarizənin ön cəbhəsində dayandı. O, sadəcə elmi araşdırmalarla kifayətlənmir, respublikanın ən ucqar rayonlarını bir-bir gəzərək xəstəlik ocaqlarını müəyyən edir, kompleks müalicə-profilaktik tədbirlər həyata keçirirdi. Onun 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası və təklif etdiyi "sintomisinlə müalicə" metodu traxomanın bir sosial xəstəlik kimi ölkəmizdən tamamilə silinməsində həlledici rol oynadı.
Deputat diqqətə çatdırıb ki, Zərifə xanımın elmi maraqları çoxşaxəli idi. O, Azərbaycanda ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını, xüsusilə kimya və elektronika sənayesində çalışan işçilərin göz sağlamlığını araşdıran genişmiqyaslı elmi məktəbin əsasını qoydu. Onun bu sahədəki fundamental tədqiqatları Moskvada, H.Helmqolts adına Elmi-Tədqiqat İnstitutunda yüksək qiymətləndirildi və 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verildi. 1981-ci ildə isə oftalmologiya aləminin ən nüfuzlu mükafatı M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın alim kimi tarixə düşdü. Zərifə xanım təkcə bir alim deyil, həm də mahir pedaqoq və təşkilatçı idi. O, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasına rəhbərlik etdiyi illərdə minlərlə gənc həkimin yetişməsində, onların peşəkar kimi formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Onun qələmə aldığı "Yüksək etimad" kitabı bu gün də hər bir həkimin mənəviyyat dərsliyi hesab olunur. Zərifə xanım hər zaman deyərdi: "Həkim insanın ən doğma adamıdır. O, özünü sevən, laqeyd insan olmamalıdır".

K.Bayramov vurğulayıb ki, Zərifə xanım Əliyeva həm də Ulu Öndər Heydər Əliyevin sadiq ömür-gün yoldaşı və ən yaxın sirdaşı idi. Ulu Öndər hər zaman vurğulayırdı ki, onun gərgin dövlətçilik fəaliyyətində qazandığı uğurların mərkəzində Zərifə xanımın ailədə yaratdığı mənəvi rahatlıq və dəstək dayanırdı. O, eyni zamanda bir ana kimi də öz vəzifəsini şərəflə yerinə yetirmiş, ölkəmizi bu gün zəfərlərə çatdıran Prezident İlham Əliyevi və xeyirxahlıq missiyası ilə tanınan Sevil Əliyevanı Vətənə layiqli övladlar kimi böyütmüşdür.
Prezident İlham Əliyevin xatirələrində qeyd etdiyi kimi, Zərifə xanım üçün ən ali dəyər yaxşılıq idi.

O, hətta ömrünün son anlarında belə öz taleyindən deyil, onsuz qalacaq əzizlərindən nigaran idi. Onun ölümü də həyatı kimi məğrur və dərin ehtiram doğuran bir vida oldu.

Zərifə xanım Əliyevanın həm elmi, həm də insani fəaliyyəti illər keçsə də öz aktuallığını və mənəvi dəyərini itirmir. Onun zəngin irsi bu gün də gənc nəsil həkimlər üçün əsl həyat məktəbi rolunu oynayır.
K.Bayramov əlavə edib ki, bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi onun adını və yolunu layiqincə davam etdirir. Onun 150-yə yaxın elmi əsəri, 12 monoqrafiyası və dərslikləri müasir oftalmologiyanın təməl daşlarıdır. Bu elmi xəzinə təkcə keçmişin nailiyyəti deyil, həm də gələcək nəsil həkimlər üçün mənəvi bir yol xəritəsidir. Akademik Zərifə xanım Əliyevanın işıqlı xatirəsi şəfa tapan hər bir xəstənin minnətdar baxışlarında və Azərbaycan tibb elminin qazandığı hər yeni uğurda əbədi yaşayacaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər