Nazir Adil Kərimli xalq artistini təltif etdi

Aprelin 14-də tanınmış teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlu ilə Mədəniyyət Nazirliyində görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Ramiz Həsənoğlunu 80 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Bildirib ki, Xalq artisti uzunillik səmərəli fəaliyyəti ilə mədəniyyətimizin inkişafına mühüm töhfələr verib. Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşaları böyük rəğbətlə qarşılanıb. Onun lentə aldığı sənədli filmlər isə Azərbaycan xalqının tarixi-mədəni yaddaşının zənginləşməsinə xidmət edir.

Qeyd olunub ki, rejissorun yaradıcılığı daim yüksək qiymətləndirilib, bir sıra dövlət təltiflərinə layiq görülüb.

Sonra Adil Kərimli yubilyar rejissora Mədəniyyət Nazirliyinin “Fəxri diplom”unu təqdim edib, möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.
Ramiz Həsənoğlu fəaliyyətinə göstərilən diqqətə və təltifə görə minnətdarlığını bildirib.

Görüşdə iştirak edən Xalq artistləri — Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, aktyorlar İlham Namiq Kamal, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimləri — Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və kinoşünas Ayaz Salayev Ramiz Həsənoğlunun sənət yolundan söz açıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər