İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq - Bəqai

İran xalqı göstərdiyi həmrəyliyə görə azərbaycanlılara təşəkkür edir.

Avrasiya.net
Report-a istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai X sosial şəbəkə hesabında yazıb.

"Müsəlman ölkələri və bütün regionda, eləcə də dünyada vicdanlı, ədalət axtaran insanlar tərəfindən İran xalqının ABŞ-İsrail təcavüzünə qarşı müqavimətinə dəstək olaraq nümayiş etdirilən misilsiz həmrəylik dərindən təqdir olunur", - paylaşımda bildirilib.

Bəqai İranla həmrəylik edən ölkələrin adlarını da açıqlayıb:

"İranlılar bütün dünyada, xüsusilə İraq, Yəmən, Livan, Türkiyə, Pakistan, Əfqanıstan, Hindistan, Fələstin və bir neçə Afrika ölkəsində, eləcə də Tacikistan, Azərbaycan, Meksika, Kuba, Yaponiya, Fransa, Böyük Britaniya, Braziliya və hətta Birləşmiş Ştatların öz daxilində İran xalqına qarşı qanunsuz müharibəyə göstərilən müqavimətə öz həmrəyliyini və dəstəyini ifadə edənləri xatırlayacaqlar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər