20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaqSosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu haqda məlumatlar yayılıb.

Avrasiya.net xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-nin efirində çıxışı zamanı deyib.

E.Rüstəmov deyib ki, banknotların hərəsinin öz mövzusu var:

“O statuslarla mən də tanışam, maraqlıdır, lakin burada heç bir mistik, konspiroloji şey yoxdur. 1 manatlıq bizim mədəniyyətimizi, 5 manatlıq yazı və ədəbiyyatımızı, 10 manatlıq tariximizi, 20 manatlıq Qarabağ, 50 manatlıq təhsil və gələcək, 100 manatlıq iqtisadiyyat və yüksəlişi, 200 manatlıq isə bütövlükdə modern Azərbaycan mövzusuna həsr olunub.

20 manatlıq əsginasın önündə təsvir olunan dəbilqə, qılınc, qalxan Azərbaycan xalqının namusu, qeyrəti, şərəfi simvollarıdır. Bizim döyüş əzmimiz göstərir ki, biz bu torpaqları hansı yolla olursa olsun, azad edəcəyik. O gün bu gündür. Əsginasın üzərindəki xarı bülbül isə bizim mədəni beşiyimiz olan Şuşanın simvoludur. Arxadakı xalça simvolu isə Qarabağ xalçasıdır. Bizim 20 manatlıq banknotumuz tam şəkildə Qarabağ mövzusuna həsr olunub. 20 manatlıq əsginasın üzərindəki “Qarabağ” sözü isə cənab Prezidentin dilindən düşməyən “Qarabağ Azərbaycandır” ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik”.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-dən 1, 5, 20 və 50 manatlıq pul nişanları yeni dizaynda dövriyyəyə buraxılacaq.

Banklar VPN-dən necə qorunur?İnternetdən istifadədə bəzi məhdudiyyətlər istifadəçilərin qadağan edilmiş sistemlərdən istifadəsinə gətirib. Bu, bütün sahələrdən daha çox bank sektorunda təhlükəli məqamlara yol açır.

Bəs, banklar bu barədə nə düşünür?

Kapital bankın mətbuat katibi Pərviz Sədrəddinov Modern.az-a bildirib ki, bank rəhbərliyi müştərilərə müraciət edib.

Diqqətli olmalarını, bütün məlumatları yalnız rəsmi saytdan əldə etməli olduqlarını deyib. O qeyd edib ki, Birkart, Birbank, Kapital bank tətbiqlərinə VPN-lə daxil olmaq mümkün deyil. Yalnız lokal yerli şəbəkə ilə daxil olmaq mümkündür. Ermənilərin kiber hücumlarının yaşanmadığını bildirib.

Unibankdan verilən məlumatda isə qeyd edilir ki, informasiya sisteminin kiber təhlükəsizliyinin təmin olunması üçün ən son texnoloji həllərdən istifadə etdiyini, texnoloji həllərin düzgün aparılması üçün peşəkar mütəxəssislərin monitorinq həyata keçirilir.

Bankın internet üzərindən xidmət göstərən və əlçatan olan sistemlərində xüsusi aktivlik müşahidə olunub. Bankın kiber təhlükəsizlik mütəxəssisləri qarşısını dərhal alıb. Mobil bank, İnternet bank sistemlərinin təhlükəsizliyi WAF vasitəsi ilə təmin olunur və DDOS hücumlara qarşı müdafiə ən yüksək səviyyəyə qaldırılıb.

Araşdırmalar zamanı məlum olub ki, bütün banklar VPN istifadəçiləri üçün öz sistemlərindən istifadəyə qağa qoyub.
Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıbAzərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin işğal olunmuş ərazilərini rəşadət və əzmkarlıqla azad etməkdədir. Cənab Prezidentin bəyan etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimiz tezliklə bərpa ediləcək və Qarabağa həyat qayıdacaqdır.

Bərpa proqramlarının hazırlanması üzrə Azərbaycan hökumətinin həyata keçirəcəyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının oktyabrın 21-də keçirilmiş iclasında İnstitutun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması və bu barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilmişdir.

Mərkəz bərpa və yenidənqurma prosesləri üzrə kompleks tədqiqatlar aparacaq, yaşayış məntəqələrinin bərpasının, infrastruktur və həyat təminatı sistemlərinin yenidən qurulmasının, əhalinin öz daimi yaşayış yerlərinə repatriasiyasının və bu qəbil digər problemlərin sosial-iqtisadi məsələlərini araşdıracaqdır. Bu sırada enerji təminatının, su və qaz təchizatının, kanalizasiya sistemlərinin bərpasına, nəqliyyat və telekommunikasiya sistemlərinin yenidən qurulmasına, mülki idarəetmə orqanlarının iş infrastrukturunun və sosial obyektlərin yenidən yaradılmasına xüsusi diqqət yetiriləcəkdir.
Bərpa proqramlarında Dağlıq və Aran Qarabağa vahid sosial-iqtisadi məkan kimi baxılacaqdır.

“Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin işinə təkcə İnstitutun əməkdaşlarını deyil, digər qurumların mütəxəssislərini, həmçinin müstəqil ekspertləri də cəlb etmək nəzərdə tutulur.
Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair məlumat yaydıBu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 17 964,6 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 206,5 milyon manat və yaxud 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 093,2 milyon manat və yaxud 6,5% çoxdur.

Avrasiya.net xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5672,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 155,6 mln. manat və ya 2,8 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 63,8 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 74,9 faizi və yaxud 4249,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 321,1 mln. manat və ya 8,2 faiz çoxdur.

2020-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2955,3 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 33,0 mln. manat və ya 1,1 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 373,9 və 110,3 mln. manat vəsait büdcəyə daxil olmuşdur

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 8852,5 mln. manat vəsait transfert edilmişdir.

2020-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5941,8 mln. manat icra olunmuşdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18642,2 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1951,6 mln. manat və ya 11,7 faiz çoxdur.

2020-ci ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,5 faizi və ya 7171,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz və ya 1283,0 mln. manat çoxdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 12188,0 mln. manatı və ya 65,4 faizi cari xərclərə, 4927,6 mln. manatı və ya 26,4 faizi əsaslı xərclərə, 1526,6 mln. manatı və ya 8,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6911,4 mln. manat icra olunmuşdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil etmişdir və ya 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olmuşdur. Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilmişdir.
 VI Kolumbiya İnvestisiya sammiti keçiriləcək - Səfirlikdən dəvət Kolumbiyanın Azərbaycandakı səfirliyi ölkədəki bütün iş adamlarını bu il oktyabrın 7-dən 9-dək onlayn formatda keçiriləcək.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, Kolumbiyadakı birbaşa xarici investisiyalar sahəsində ən əlamətdar hadisə olan "COLOMBIA INVESTMENT SUMMIT" adlı 6-cı investisiya sammitində iştirak etməyə dəvət edir.

"COLOMBIA INVESTMENT SUMMIT" Kolumbiya Ticarət, Sənaye və Turizm Nazirliyi və “PROCOLOMBIA” - milli təşviq agentliyi tərəfindən təşkil olunur.

6-cı Kolumbiya İnvestisiya Sammitində Kolumbiya Prezidenti İvan Duke Markes və Nazirlər Kabineti üzvlərini, ABŞ-ın keçmiş Prezidenti Bill Klinton da daxil olmaqla məşhur panelistlər iştirak edəcək (tam gündəliyə baxın: https://colombiainvestmentsummit.co/es/agenda).
Bu virtual sammitdə investorlar kolumbiyalı yerli şirkətlərlə strateji əməkdaşlıq qurmaq, investisiya axtarışında olan layihə başçıları ilə tanış olmaq və Kolumbiyaya gəliş üçün əsas təşkilatlarla əlaqə yaratmaq imkanı qazanacaqlar. Bu təşkilatlar arasında milli hökumət qurumları, sərbəst ticarət zonaları və regional təşviq agentlikləri də yer alır.

Həmçinin, xarici investorlar Kolumbiya iqtisadiyyatını canlandırmaq üçün görülən tədbirlər, birbaşa xarici investisiyaların bu tədbirlərdə ki rolu, yaxın bir neçə il ərzində ölkə üçün müsbət gələcək və rəqabət qabiliyyəti baxımından əldə olunan irəliləyişlər haqqında ilkin məlumatları əldə edə biləcəklər.

Bundan əlavə, sammit, yerli şirkətlər, layihə menecerləri və dövlət qurumları ilə təkbətək görüşlər keçirmək imkanı yaradacaq ki, bu da ölkənin investisiya mühiti haqqında daha ətraflı məlumat əldə etməyə kömək edəcəkdir. Əlavə olaraq, müxtəlif sektorlarda investisiya siyasətinin və imkanlarının izah ediləcəyi bəzi “sektor görüşləri”də baş tutacaqdır.

Tədbir və iştirak qeydiyyatı proseduru haqqında daha ətraflı məlumat üçün bu sammitin rəsmi səhifəsinə müraciət edə bilərsiniz: https://colombiainvestmentsummit.co/es.
Eyni zamanda, sammitlə marağlananlar, sual olduğu halda [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.
Azərabycan dünya bazarında etibarlı qaz təchizatçısıdır Məzahir Əfəndiyev
Milli Məclisin deputatı


Azərbaycanda neft-qaz sənayesi böyük tarixə malikdir. 19-cu əsrin əvvəllərindən başlayaraq inkişaf edən bu sahə müstəqilliyimizin əsaslarından olaraq 1994-cü ildən iqtisadiyyatımız üçün prioritet səhələrindən birinə çevrilmişdir.

Müstəqilliyimizi bərpa etdikdən sonra “Azəri”, “Çıraq”, “Günəşli” və digər zəngin yataqlardan hasil olunan neft və qazdan əldə olunan gəlirlərin düzgün idarə olunması və istifadəsi yeni yataqların kəşf edilməsi, qeyri-neft sektorunun inkişafı, bütövlükdə iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində böyük kömək olmuşdur.
Keçdiyimiz gün Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın neft-qaz tarixində mühüm əhəmiyyət kəsb edəcək Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi baş tutub.

Bu yatağın istifadəyə verilməsi Azərabycanın bundan sonra da dünya bazarında etibarlı qaz təchizatçısı olması ilə yanaşı, həmçinin neft ölkəsindən qaz ölkəsinə çevrilməyimizin bariz nümunəsidir. Eyni zamanda bu hadisə yerli və xarici investorların cəlb edilməsini, yeni yataqların işlənməsini, Dövlət Neft Şirkəti ilə əməkdaşlığın daha da dərinləşməsini zəruri edir.

Bu gün daxili tələbatın artımını nəzərə alaraq “Abşeron” yatağından çıxarılacaq qaz ilk növbədə ölkədaxili tələbatın ödənilməsi istiqamətində istifadə olunacaqdır. Həmçinin paralel olaraq yataqda kifayət qədər kondensat ehtiyyatının olması neft hasilatı və ixracını da sabit saxlayacaqdır.
Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, yeniləşən dünyamız bu sahədə də yeni çağırışlara və tendensiyalara cavab verən mükəmməl idarəçilik modelinin tətbiq olunmasını labüd edir və hərtərəfli, paralel inkişaf strategiyasının təkmilləşməsini ortaya qoyur.

Bu baxımdan Xəzər dənizində “Azəri-Çıraq-Dərinsulu Günəşli” yatağının işlənməsinin növbəti mərhələsi başlayacaq. Təqribən 7 mlrd. dollar dəyərində, gündəlik hasilat gücü 100 000 barrel olan yeni “Mərkəzi-Şərqi Azəri” platformasının 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Bu neft-qaz sənayesi üçün tarixi bir hadisədir. Yeni layihənin başlanması həm “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edir, həm də yeni mənbələrdən hasilatın artacağını təmin edəcəkdir.

Ümumilikdə neft-qaz sahəsində həyata keçirilmiş işlərin nəticəsidir ki, bu gün əldə olunan gəlir qorunur və düzgün idarə olunmaqla inkişafda olan iqtisadiyyatımızın, sənayemizin tələbləri ödənilir, infrastruktur layihələri icra edilir və insanların rifahı yaxşılaşdırılır.

Azərbaycanda bir neçə bankla bağlı sərt addımlar atılacaqAzərbaycan banklarının bir neçəsinin ciddi problemləri var. Bununla bağlı yayılan məlumata görə, yaxın vaxtlarda bir neçə bankla bağlı sərt addımlar atılacaq. Bu addımlardan biri bankların birləşməsini nəzərdə tutur. İlin sonunadək problemləri olan 4-5 bankın daha yaxşı vəziyyətdə olan banklara birləşdiriləcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin aprelində bank sektorunun tənzimləyicisi olan Mərkəzi Bankın qərarı ilə 4 bankın lisenziyası geri alınıb. Bunlar “Atabank”, “Amrahbank”, AGBank və “NBCbank”dır. Bu bankların vəziyyəti ilə bağlı danışan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov qalan bankların bəzilərində də problemlərin olduğunu bildirmişdi. Onun sözlərinə görə, Mərkəzi Bank (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb: “Həmin banklar sağlam banklardır, öhdəliklərini yerinə yetirirlər. Onların adekvatlığı yüksəkdir, sadəcə, məcmu kapitalları müəyyən edilmiş tələbdən aşağıdır. Bu ilin sonuna qədər həmin bankların nizamnamə kapitallarının (dolayısı ilə məcmu kapitallarının) artırılması istiqamətində iş aparırıq”.

E.Rüstəmov həmçinin bankların maliyyə hesabatlarının auditinə daha çox diqqət yetiriləcəyini deyib: “Bu, xoşagəlməz halların təkrarlanmaması üçün lazımdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə bu kimi hallarla bağlı daha dəqiq maddələr əlavə olunmalıdır. Bununla bağlı aidiyyəti qurumlar və bank ictimaiyyəti ilə müzakirələr aparacağıq”.

Qeyd edək ki, 31 iyul 2020-ci il tarixinədək Azərbaycandakı 26 bank 2020-ci ilin ilk 6 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Açıqlanan məlumatlardan aydın olur ki, 2020-ci ilin ilk 6 ayını 26 bankdan 21-i xalis mənfəətlə, 5-i isə xalis zərərlə başa vurub. Ən çox mənfəət əldə edən bank Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank, Xalq Bank və Express Bank-dır.

Ən çox xalis zərəri olan banklar isə “Yelo Bank”( 13 milyon 583 manat), “Muğanbank”(1 milyon 880 min manat), “Bank Avrasiya”dır(1 milyon 578 min manat). “Pakistan Milli Bankı”n ın Bakı filialının zərəri 233 min manat, BankBTB-ninki isə 107 min manat təşkil edib.

Zərərlə işləyənlərdən əlavə, çox cüzi gəliri olan banklar da var. Bunlar arasında ən aşağı gəliri “Azərtürkbank”(26 min manat), Bank Melli İran(461 min manat), YapıKrediBank Azərbaycan (472 min manat) və “Gunaybank”(618 min manat) əldə edib.

Bankların birləşməsi hazırkı vəziyyətdə nə qədər arzuolunan prosesdir? Bu proses bankların əmanətçiləri, onlardan kredit götürən şəxslər üçün hər hansı problem yarada bilərmi?

İqtisadçı-ekspert Samir Əliyevin dediyinə görə, aprel-mayda 4 bankın bağlanması göstərdi ki, bir çox hallarda bankların ictimaiyyətə açıqladıqları məlumatlar reallıqdan uzaqdır: “Məlum oldu ki, dörd bankın dördünün də kapitalı nəinki 50 milyon manatlıq normadan aşağıdır, hətta mənfiyə gedibmiş. Lakin biz bunu onların hesabatlarında görmürdük. Ona görə də bankların hesabatları əsasında fikir söyləmək mümkün deyil. Amma bir neçə bank var ki, onların ”reanimasiyada" olduğun söyləmək olar. Bu bankların taleyi necə olacaq - yaxşılaşıb “palata”ya köçə biləcəklər, yoxsa bağlanacaqlar, bunu söyləmək çətindir".

Ekspertə görə, vəziyyəti yaxşı olmayan bankların birləşməsi pozitiv prosesdir: “Təəssüf ki, bu təcrübədən Azərbaycanda indiyədək cəmi bir dəfə yararlanıblar. İkisi də eyni mənbəyə bağlı olan ”Atabank" və “Caspian DevelopmentBank” birləşmişdi, amma sonuc müsbət bitmədi. Bankların bağlanmasındansa, birləşmələri daha səmərəli yoldur. Bağlanmanın psixoloji yükü var, bank bağlanan əhali arasında sektora inam azalır. İkinci tərəfdən, banklara qoyulan əmanətlərin batması təhlükəsi aradan qalxır. Xüsusilə qorunmayan əmanət sahibləri üçün problem yaranmır. Çünki qorunan əmanətlərin sahibləri bank bağlananda çox cüzi zərərə düşürlərsə, qorunmayan əmanətlərin sahibləri üçün bunu söyləmək mümkün deyil. Kredit götürən şəxslər üçünsə bankın bağlanması və birləşməsi demək olar ki, təsirsiz gedir".

S.Əliyevin fikrincə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun icra müddəti bitənədək Mərkəzi Bank problemləri olan banklarla bağlı qəti addımlar atacaq: “Bağlanası bank varsa, dekabrın 4-dək bunu edəcəklər”.

Hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun sözlərinə görə isə adətən vəziyyəti pisləşən banklar barədə məlumatlar yayıldıqdan bir qədər sonra onlar bağlanırlar: “Bankların vəziyyətini pisləşdirən bir neçə amil var. Bunların ən birincisi pandemiyadır. Pandemiya şəraitində əhali banklardan əmanətlərini çıxarır, kredit vermək imkanları məhdudlaşır və sair. Bu baxımdan, bankların durumunun daha da pisləşməsi gözləniləndir. Düşünmürəm ki, vəziyyəti pisləşən bankların birləşdirilməsi ilə uğurlu nəticə əldə etmək mümkün olsun. Səmərəni o zaman əldə etmək mümkündür ki, yaxşı işləyən bankla problemləri olan bank birləşdirilsin. Bu zaman problemli bankın çətinlikləri aradan qaldırılar və nəticədə hər iki tərəf səmərə əldə edər. Amma indiki şəraitdə belə birləşməni real görmürəm. Yeganə yol çətin vəziyyətdə olan bankların sahiblərinin onlara əlavə vəsait qoymaqla problemlərini həll etməsi ola bilər”.

Ekspertin sözlərinə görə, dövlət sistem əhəmiyyətli bankların bağlanmasına imkan verməyəcək: “Bunu Mərkəzi Bank rəhbəri Elman Rüstəmov da bəyan edib. Azərbaycanda sistem əhəmiyyətli banklar isə Beynəlxalq Bank, KapitalBank və PaşaBankdır ki, onların vəziyyəti də kifayət qədər yaxşıdır. Qalan bütün banklardan hansının vəziyyəti kəskin pisləşəcəksə, bağlanacaq. Bu baxımdan, müştərilər ehtiyatlı olmalıdılar. Bankların birləşməsi, yaxud bağlanmasının kredit götürənlərə heç bir təsiri yoxdur. Əmanətçilərə isə təsir ola bilər, xüsusilə də qorunmayan əmanətlərin sahiblərinə. Əgər bu il dekabrın 4-dən sonra hansısa bank bağlanarsa, qorunmayan əmanəti olan şəxslər üçün ciddi problemlər yaranar. Buna görə də vətəndaşlar bu amili nəzərə almalıdılar. Bankların bağlanmasından ən çox zərəri hüquqi şəxslər və müəssisələr çəkir. Onların bank hesablarında olan vəsaitlər demək olar ki, bütünlüklə itirilir. Dörd bankın bağlanması təcrübəsində biz bunu bir daha açıq gördük. Bu baxımdan, sahibkarları bank seçərkən son dərəcə diqqətli olmağa çağırıram”.(Yeni Müsavat)
"Əsrin müqaviləsi" - Neft strategiyasının əsasının qoyulması20 sentyabr 1994 cü il...

26 il əvvəl Azərbaycan Respublikasının həyatında çox əhəmiyyətli hadisə baş verdi. Məhz həmin gün ölkəmizdə Ulu öndər Heydər Əliyevin öndərliyində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında üç il davam edən danışıqlar sona çatdı. Əsrin müqaviləsinin imzalanması ilə neft strategiyasının əsası qoyuldu, bu müqavilə bizim müstəqilliyimizin təminatına, iqtisadi inkişafımızın mənbəyinə çevrildi. Beləliklə, Azərbaycanın dünya enerji və siyasi xəritəsində mövqeyi möhkəmlənmiş oldu.

"Əsrin müqaviləsi" ilə bağlı danışıqlar 1994-cü ilin yazında və yayında İstanbul və Hyustondakı son mərhələləri ağır keçdi. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. Belə bir addım atmaqla Azərbaycan suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha bu müqavilə ilə nümayiş etdirdik. Bu müqavilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri ilə əlaqə yaratdı, Azərbaycanın dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulmasına əsas yaratdı. Bu müqavilə bir daha sübut etdi ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir.
"Əsrin müqaviləsi" - Neft strategiyasının əsasının qoyulması
Ötən dövr ərzində ölkəmiz hərtərəfli inkişaf etdi, iqtisadi baxımdan böyük nailiyyətlərə imza atdıq. Azərbaycan siyasi cəhətdən dünya birliyində özünəlayiq yerini tuta bildi.
Bu müqavilə Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi , müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində imzalandı.Neft müqaviləsinin imzalanması Azərbaycana böyük həcmdə xarici sərmayənin gətilməsinə səbəb oldu. Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə görə təkcə keçmiş sovet respublikaları arasında deyil, Şərqi Avropa ölkələri arasında da qabaqcıl mövqelərə sahib oldu.

Azərbaycan tarixdə ilk dəfə Xəzər dənizini xarici şirkətlər üçün açdı, beləliklə, Xəzər dənizində beynəlxalq kon sorsium yarandı. Müxtəlif ölkələri təmsil edən aparıcı şirkətlər Azərbaycanla çox uğurlu əməkdaşlığa başladı. Nəticədə ölkəmiz sürətlə, hərtərəfli inkişaf etməyə başladı.
Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan məsələlərdən biri də neftdən əldə olunan gəlirlərin Azərbaycan vətəndaşları arasında ədalətli şəkildə
bölünməsi, ölkə iqtisadiyyatının sonrakı inkişafında rol oynaması və gələcək nəsillər üçün bir əmanət kimi saxlanılmasıdır.

"Əsrin müqaviləsi" nin iqtisadi olmaqla yanaşı, onun siyasi rolu da böyükdür. Belə ki,bu müqavilə dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərini inkişaf etdirdi, xarici siyasətimizin güclənməsinə və inkişafına səbəb oldu.
Son zamanlarda bütün bu uğurlar bədnam qonşularımızı çox narahat edir. Azərbaycanın iqtisadi və siyasi mövqeyinin dünya arenasında möhkəmlənməsi erməniləri inanılmaz narahat edir, ona gorə də bizə qarşı təxribatlarını günü -gündən artırırlar. Tovuz hadisələri bir daha bədnam qonşularımızın uğurlarımıza, inkişafımızdan narahat olduğunu əyani şəkildə göstərdi. Bizi təxribata sürükləmək istəyi baş tutmadı. Ordumuz onların cavabını layiqincə verdi. Biz güclü dövlətik, güclü iqtisadiyyatımız, güclü ordumuz var. Bütün bunlar Ulu öndərimizin uzaqgörən siyasətinin bizə bəxş etdiyi ən böyük hədiyyəsidir.

Əziz neftçilərimizin bayramını təbrik edir, onlara bu çətin və şərəfli peşələrində uğurlar arzulayırıq.

Azərbaycan xalqı həmişə bizə bəxş etdiyi bu inkişafa, uğurlara görə Ulu Öndərə minnətdardır.

Bu gün bu müqavilə, onun uğurları imkan verir ki, dünya dövlətləri bizimlə diplomatik münasibətlər qurmaqda maraqlıdırlar.

Azərbaycan neftçiləri, mütəxəssisləri, alimləri, bir sözlə neft sahəsində çalışan bütün insanlar respublikanın neft sənayesinin inkişafı üçün fədakarcasına işləmiş, Azərbaycan tarixinə şanlı səhifələr yazmışlar. Bir daha qəhrəman neftçilərimizi təbrik edirəm, uğurlarınız bol olsun qara qızıl ustalarımız.

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini


“Əsrin müqaviləsi”nin 26 ili Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur.

Avrasiya.net xəbər verir ki, hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı günüdür. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, "Amoco", "McDermott", "Unocal", "LUKoil", "Statoil", "Exxon", TPAO, "Pennzoil", "Itochu", "Ramco", "Delta") arasında müqavilənin imzalanması ilə bağlıdır. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.

"AÇG" yatağı altı hasilat platformasından - "Çıraq-1", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.

Üç il əvvəl isə Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni saziş Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin - SOCAR, “BP”, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” nümayəndələri tərəfindən imzalanıb.
""Əsrin müqaviləsi" Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayıb"1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında imzalanan və siyasi ritorikada "Əsrin müqaviləsi" kimi adlandırılan məşhur neft müqaviləsinin təntənəli imzalanma mərasimindən 26 il keçir. Bəs, "Əsrin müqaviləsi"ndən qazanclarımız nədir və bu müqavilə Azərbaycanı hansı təhlükələrdən qorudu, ölkəmizin inkişafı üçün nə kimi imkanlar yaratdı, perspektivlərə yol açdı, bütün bunları gözdən keçirmək, təhlil etmək çox önəmlidir.

Bunu Avrasiya.net-ə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib:

"Əvvəla ondan başlayaq ki, "Əsrin müqaviləsi" nədir? Bu, ölkəmizin nəhəng transmilli şirkətlərlə birgə neft hasilatı və mənfəətin bölüşdürülməsi barədə sənəddir. Müqavilənin şamil olunduğu “Azəri”, “Çıraq”, “Günəşli” yataqları Xəzərin dərin su qatlarında hissəsində yerləşdiyinə görə, o zaman Azərbaycanın bu neftı çıxaracaq texnologiyası, resursları yox idi. Odur ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsində uzun sürən gərgin danışıqlardan sonra Azərbaycanla 6 xarici ölkənin 10 məşhur şirkəti bu müqaviləni imzalayıb. Saziş təxminən 400 səhifədən ibarətdir və 4 dildə hazırlanıb. Bu müqavilə həmin dövr üçün böyük tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb".

Partiya sədri bildirib ki, "Əsrin müqaviləsi" ilk növbədə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və daxili sabitliyin təmin edilməsində olduqca mühüm rol oynayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı daxili siyasi təlatümləri və eləcə də ölkəmizin müstəqilliyi üçün yaranmış xarici təhdidləri xatırlayanlar bu müqavilənin həmin dövrdə ölkəmiz üçün necə böyük əhəmiyyət daşıdığını yəqin ki, inkar etməzlər:

""Əsrin müqaviləsi" Azərbaycana xarici sərmayənin gəlməsinə imkan yaratdı, ölkədə yeni iş yerləri açıldı, müasir infrastruktur formalaşdı. Neft gəlirləri sayəsində ölkədə iribüdcəli layihələr həyata keçirildi. Eyni zamanda, məhz bu müqavilənin yaratdığı imkanların nəticəsində Azərbaycan özü də çox qısa müddətdən sonra xarici investor kimi hərəkət etmək, müxtəlif xarici layihələrə sərmayə yatırmaq imkanları əldə etdi. Bütün bunlar danılmaz həqiqətdir və bu fikirlərlə hətta bizim siyasi opponentlərimiz də, müstəqil ekspertlər də razılaşırlar. Belə ki, “Əsrin müqaviləsi” ilk növbədə ölkəmiz üçün iqtisadi mənafelərə yönələn, iqtisadi inkişafa yol açan sənəd kimi böyük əhəmiyyət daşıyır. Eyni zamanda, müqavilə imzalanandan sonra beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun artması, Azərbaycanla bağlı müzakirələrdə onun mövqeyinin güclənməsi də faktdır".

Ə.Hüsrynovun fikrincə, odur ki, bu gün kimsə bu müqavilənin ölkəmiz üçün, müstəqilliyimiz üçün əhəmiyyətini kiçildə bilməz. "Əsrin müqaviləsi" haqqında danışarkən tənqidi fikirlər səsləndirən bəzi siyasi qüvvələr gərək o günləri də yaddan çıxarmasınlar. Həmin vaxt Azərbaycan hansı durumda idi? Biz hansı iqtisadi sıxıntılarla, ictimai-siyasi kataklizmlərlə üz-üzə idik? Bax, ilk növbədə bu suallara obyektiv cavab vermək lazımdır. O dövrdə əsl iqtisadi fəlakət yaşanırdı. Ölkə real müharibə vəziyyətində idi. Mağazalarda çörək tapılmırdı. Paytaxtda və bölgələrimizdə işıq, qaz yox idi. İnsanlar əmək haqlarını, pensiyalarını vaxtında ala bilmirdi. Lakin "Əsrin müqaviləsi"ndən sonra ölkənin social-iqtisadi durumunda böyük dəyişikliklər baş verdi. 1994-cü ildə həm Qarabağla bağlı atəşkəs müqaviləsinin, həm də yeni “neft bumu”nun başlanğıcını qoyan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana “qaranlıq tunel”dən çıxmağa, nəfəsini dərməyə və iqtisadi inkişaf üçün fürsət qazanmağa imkan verdi. Və bu günləri “Əsrin müqaviləsi” nəticəsində əldə etdiyimiz həmin neft gəlirləri Ordumuzun hərbi potensialının gücləndirilməsindən tutmuş qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikilməsinə, məktəb və xəstəxanaların açılmasına qədər, ən müxtəlif sahələrdə istifadə olunur:

"Neft gəlirlərinin Azərbaycan üçün oynadığı mühüm rolu ölkə başçısının səsləndirdiyi fikirlərdən də açıq-aydın görmək mümkündür: "Bu gün "Əsrin kontraktı"nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz "qara qızıl"ı insan kapitalına çevirə bildik". Bu fikri çıxışlarının birində qeyd edən Prezident İlham Əliyev həmçinin, Azərbaycanda neft gəlirlərindən çox səmərəli istifadə edildiyini və aparılan iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının şaxələndiyini, qeyri-neft sektorunun inkişafına şərait yaradıldığını dəfələrlə vurğulayıb. Bəli, bu bir faktdır ki, bəzi ölkələrin zəngin nefti ehtiyatlarının mövcud olmasına baxmayaraq, lakin həmin ölkələr səfalət içində yaşayır, o ölkələrdə sabitlik pozulur və neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft sabitlik gətirir və təhlükəsizliyimizin qarantına çevrilir, dövlətimizin, ordumuzun gücünü artırır. Prezident tamamilə haqlı olaraq qeyd edir ki, “Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialının formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”.

Eyni zamanda, neft müqaviləsinin Azərbaycanın Qərbə inteqrasiyasına təkan verməsində və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində olduqca müstəsna rolu olub. Bu həqiqəti heç kim inkar edə bilməz. Odur ki, biz bu gün “Əsrin müqaviləsi”nə və bu müqavilənin nəticələrinə 26 illik zaman məsafəsinin pəncərəsindən nəzər salanda, bu müqaviləni birmənalı olaraq Ulu Öndərimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin təsdiqi və Azərbaycanın gələcək inkişafına töhfəsi kimi qiymətləndirə bilərik".