HƏMAS komandirlərinin 30%-ni itirib
2023-cü ilin oktyabr ayından etibarən İsrailin hərbi əməliyyatları nəticəsində Fələstin HƏMAS hərəkatı hərbi qanadının səhra komandirlərinin ən azı 30%-ni, həmçinin Qəzza zolağında yeraltı tunellərin 40%-ə qədərini itirib.
Bu barədə Əmirliyin “The National” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, HƏMAS döyüşçüləri arasında itkilər də böyükdür. Bundan əlavə, nəşrin həmsöhbətlərinin fikrincə, hərəkat bir müddətdir ki, “silah və sursat ehtiyatlarını əhəmiyyətli dərəcədə artıra” bilməyib.
Mənbələrin fikrincə, bu hallar HƏMAS-ı yaxın gələcəkdə Qərb Sahilində “yüksək profilli hücumlar, intihar hücumları və İsrail hərbçilərinə hücumların sayının artması üzərində cəmləməyə məcbur edə bilər.