Bağlanan banklarda əmanətləri olanların nəzərinə!Azərbaycan Mərkəzi Bankının lisenziyalarını ləğv etdiyi “AG Bank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətlərə görə kompensasiya verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) seçilib.

Avrasiya.net xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kompensasiyalar nağdsız qaydada, “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq ödəniləcək.

ABB-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

- 16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər;

- 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən çox olan əmanətlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədi təqdim etmələri xahiş olunur.

Qorunan əmanətçilər ərizə formalarını iyunun 16-dan ABB-nin müvafiq filiallarından və www.adif.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Qorunan əmanətçilər hesabdan çıxarışları 10 iyun 2020-ci il tarixindən ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Bağlanan banklardakı sığortalanmayan əmanətlər də qaytarılacaq? “Banklar haqqında” qanuna görə, müəyyən edilən sıralama ilə ilkin olaraq sığortalanmış əmanətlər qaytarılacaq.

Avrasiya.net-in məlumatına görə, bunu Əmanətlərin Sığortlanması Fondunun İcraçı direktoru Tural Piriyev bildirib.

T.Piriyev qeyd edib ki, sığortalanmayan əmanətlərin geri qayatarılması ən sonda həyata keçiriləcək.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə deyib ki, ilkin hesablamalara görə, bağlanan 4 bankda 110 milyon manat əmanət var.
Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİXəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib.

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “Atabank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “Amrahbank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.
Bağlanan banklarda pulu olanlara xəbər var: NAĞDSIZ ÖDƏNİLƏCƏK“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlərin Sığortalanması Fondundan Publika.az-a verilən məlumata görə, əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “Atabank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “Amrahbank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.
Son illərdə investorların ən çox yatırım etdiyi sahə aqrar sahədir Ölkə rəhbəriyi qeyri-neft sektorunun sürətli inkişafı ilə bağlı daim siyasi iradə nümayiş etdirib.

Bunu "Xalq Cəbhəsi" qəzetinə aqrar sahədə sahibkar Emin Əliyev "Signify" şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda səslənən fikirlərə münasibətində açıqlayıb.

E.Əliyev qeyd edib ki, buna baxmayaraq bu sahədə ciddi nailiyyətlər məhz 2015-ci ildə neftin uzuşlaması nəticəsində ardıcıl iki dəfə devalvasiyanın baş verməsi fonunda əldə edilməyə başladı. 2016-cı ilin dekabr ayında milli iqtisadiyyatın müxtəlif shələrini əhatə edən strateji yol xəritələri təsdiqləndi və dərhal icra edilməyə başladı. Qeyri-neft sektorunun əsas sahəsi şübhəsiz ki, məhz kənd təsərrüfatıdır.

2016-cı ildən etibarən investorların ən çox yatırım etdiyi sahə aqrar sahədir. Dünyanını qabaqcıl ölkələrindən yeni texnologiyalar və eyni zamanda yüksək ixtisaslı peşəkarlar ölkəmizə gətirilməyə başladı: "Paralel olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası genişləndirildi. Peşəkar kadrların yetişdirilməsi istiqamətində qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıqlar yarandı və kadr mübadilələri həyata keçirilməyə başladı. Artıq bu universitetə qəbul olunan gənclər təsadüfi olaraq və ya çarəsizlikdən deyil, məqsədyönlü olaraq bu universiteti seçirlər. Son illərdə isə aqrar ixtisaslara qəbul edilmiş gənclərə stimullaşdırıcı dövlət təqaüdləri də verilməyə başlayıb. Qeyd etmək lazımdır ki, ölkəmizin iri kənd təsərrüfatı subyektləri, o cümlədən orta və kiçik fermerlər artıq yerli mütəxəssislərimizə üstünlük verməyə başlayıblar. Bunun isə əsas səbəbi həmin mütəxəssislərin əcnəbilərlə rəqabətdə artıq uduzmamalarıdır".

Sahibkar qeyd edib ki, artıq hər sahədə olduğu kimi kənd təsərrüfatı da artıq elektronlaşmağa başlayıb. Bu sahədə hökumət kifayət qədər iş görmüş, demək olar ki, bütün fermerlərin elektron qeydiyyatlarını həyata keçiriblər. 2020-ci ildən etibarən isə dövlət dəstəkləri, subsidiyalar da elektron sistem üzərindən həyata keçirilməyə başlayıb: "Elektron Kənd Təsərrüfatı Sistemi imkan verir ki, nəinki ölkəmizdə aqrar subyektlərin uçotu tam həyata keçirilmiş olsun, eyni zamanda gələcək dövrlər üçün dəqiq proqnozlar verilsin.
Onu da qeyd etmək lazımdır ki, artıq müasir dövrün texnolgiyaları ölkəmizdə tətbiq edilir. Belə ki, müasir suvarma sistemləri, sahələrin elektron avadanlıqlarla opertiv və yerində torpaq və su analizlərinin həyata keçirilməsi, dron və kosmik stansiyalar vasitəsilə əkin sahələrinə nəzarət edilməsi ölkəmizdə tətbiq ediməkdədir. Ən əsas uğur da ondan ibarətdir ki, bu yeni texnologiyalar məhz milli kadrlarımız tərəfindən idarə edilir".
İri şirkətlərin Azərbaycanla əməkdaşlığı onların beynəlxaq iqtisadi nüfuzlarını artırır"Signify" şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfransın keçirilməsi ölkəmizə olan böyük diqqətdən irəli gəlib.

Bunu "Xalq Cəhəsi" qəzetinə Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib.

Qeyd edək ki, 1981-ci ildə yaranan “Signify” şirkəti dünyanın aparıcı və böyük şirkətlərindən biridir. Dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir.

“Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.

Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanda invrstorlara yaradılan maneəsiz şərait bir sıra beynəlxalq şirkətlərin marağına səbəb olduğundan ölkəmizlə əməkdaşlığa can atırlar: "Ölkəmizin nüfuzu, əlverişli biznes və sərmayə mühiti, eyni zamanda aparılan islahatların nəticəsi bunu deməyə əsas verir. Baxmayaraq ki, Azərbaycan işğalçı Ermənistanla müharibə şəraitindədir, amma iqtisadiyyatını qoruyub saxlayıb, ildən-ilə inkişaf etdirir, gücləndirir. Ölkəmizin iqtisadi inkişafı nüfuzlu şirkətlərin gözündən qaçmır, onlar iqtisadi sahədəki uğur və göstəriciləri təhlil edirlər. Azərbaycan Cənubi Qafqazda iqtisadi inkişaf göstəricilərinə görə liderdir, beynəlxalq iqtisadi təhlil mərkəzlərinin hesabatlarında da Azərbaycanda iqtisadi artım yüksək dəyərləndirilib".

F.Kətimov onu da qeyd edib ki, Azərbaycan istənilən xarici investora qapılarını aşıb, onun burada iqtisadi təhlükəsizliyini təmin edib: "Azərbaycana investisiya yatıran və yatırmaq istəyən şirkət rəhbərləri ölkəmizin başçısının həyata keçirdiyi siyasətə yüksək qiymət veriblər. Ölkəmizdə minlərlə xarici şirkət fəaliyyətdədir. Azərbaycanın Avropanın enerji təminatçısına çevrilməsi xarici şirkətlərin ölkəmizə axınını gücləndirib. Bu axın həm onlara, həm də bizim iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərir. Azərbaycanla əməkdaşlıq onların beynəlxaq iqtisadi nüfuzlarını möhkəmləndirir".
Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridirAnar MƏMMƏDOV
Milli Məclisin deputatı


Son illər dünya iqtisadiyyatında baş verən təlatümlər, xüsusən də yeni növ koronavirus infeksiyasının (COVID-19) qısa bir zaman ərzində geniş vüsət alması iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb. Onların arasında şəffaflığın yüksəldilməsi, hesabatlılığın, uçot və nəzarət sisteminin təkmilləşdirilməsi, vergi siyasəti və kölgə iqtisadiyyatına qarşı mübarizə müstəsna əhəmiyyət daşıyır.

Belə olan təqdirdə kölgə iqtisadiyyatına qarşı mübarizənin xarakteri iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsini və normativ hüquqi aktların yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsini, audit institutunun əhəmiyyətliyinin artırılmasını, vergiqoyma və gömrük sahəsində sağlam rəqabət münasibətlərinin yaradılmasını, hesabatlılığın və uçotun beynəlxalq standartlar nəzərə alınmaqla səmərəli təşkilini, nağdsız ödənişlərin səviyyəsinin ciddi surətdə artırılmasını, korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdirilməsini tələb edir.

Ölkədə sahibkarlığın inkişafı sahəsində şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə çox vacib məsələlərdən biridir. Son illərdə vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlər ölkədə şəffaflığın təmin olunmasına xidmət edir. Bildiyimiz kimi, statistikaya əsasən, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Eyni zamanda 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd.manatı üstələmişdir. Nəticədə isə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Bununla yanaşı pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi, buna paralel təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.

Lakin qeyd olunanlarla yanaşı ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da, biz problemlərimizin mövcud olduğunu da gizlətmir və onların həlli yolları üzərində səylə çalışırıq. Belə problemlərdən biri də digər ölkələrdə olduğu kimi, bizdə də kölgə iqtisadiyyatının mövcudluğudur. Son vaxtlar Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Azərbaycan Prezidentinin kölgə iqtisadiyyatına dair fikirlərini xatırlatmaq yerinə düşərdi: “Kölgə iqtisadiyyatı böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq... Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa, düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır”. Dövlətimizin başçısı, həmçinin qətiyyətlə bəyan edir ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır, kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir.

Vətəndaş dövlətinə güvənir - Məzahir Əfəndiyev Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı


Son illər iqtisadiyyatımızda baş verən müsbət dəyişikliklərlə paralel olaraq iqtisadiyyatın ağardılması, gəlirlərin şəffaflaşdırılması istiqamətində də əməli tədbirlər görülməkdədir. Belə ki, 2019-cu il üzrə dövlət büdcəsinə fiskal siyasətin həyata keçirən Vergi və Gömrük orqanları tərəfindən proqnozlaşdırılmış vəsaitdən büdcəyə 1.5 mlrd manat əlavə vəsaitin daxil olması təmin olunmuşdur.
Cənab Prezidentin rəhbərilyi ilə bu ilin birinci rübünün müzakirəsində də makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və qeyri-neft sektorunun şaxələndirilməsi əsas prioritet məsələlər kimi müzakirə olunmuşdur.

Təkcə Gömrük orqanları tərəfindən 2020-ci ilin birinci rübündə pronozlaşdırılmış 900 mln manatdan əlavə 90 mln manat dövlət büdcəsinə vəsait köçürülmüşdür. Habelə qeyri-formal əmək müqavilələrinin qediyyata alınması sayında 105 min nəfər artım olunmuşdur.

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 21.3% artaraq 1.4 mlrd manat təşkil etmişdir.
Beləliklə də koronavirus pandemiyası dövründə muzdla işləyən 1.7 mln yaxın vətəndaşımızın məşğulluğu təşkil edilmiş və risklərdən qorunmuşdur. Cənab Prezidentin dəfələrlə sahibkarlara müraciət etməsi, qeyri-formal məşğulluğa son qoyulması, fəaliyyətlərinin ağardılması, maliyyə intizamına riayət olunması çağırışları iqtisadiyyatımızın dayanıqlılığının təmin olmasında mühüm rol oynamışdır.

Lakin, təəsüflə onu da qeyd edirəm ki, hələ də sahibkarlıq subyektlərində əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən və bu işi davam etdirməkdə olan şirkətlər var ki, onlara da müraciət edərək fəaliyyətlərini dövlətimizin qanunları çərçivəsində qəbul olunan qərarların əsasında təmin etsinlər və gələcəkdə insanlarımızın əlavə problemlərlə, risklərlə üz-üzə qalmamasında dövlətimizə kömək olsunlar.
Ölkədə  hərraclar artıq elektron qaydada həyata keçiriləcəkAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılıb və pilot olaraq istifadəyə verilib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzindən məlumat verlib.

Artıq hərraclar eherrac.gov.az portalı üzərindən həyata keçiriləcək. Sistemin yaradılması hərracların keçirilməsi zamanı şəffaflığın təmin edilməsi, hərrac iştirakçılarının rahat və məhdudiyyətsiz şəkildə hərraclarda iştirakına şərait yaradacaq. Hərracda iştirak etmək istəyən, lakin uzaq məsafə səbəbindən hərraca qatıla bilməyən şəxslər də bundan sonra yeni sistem üzərindən onlayn olaraq hərraclarda iştirak edə biləcəklər. Sistemin yaradılması, eyni zamanda əmlak bazarının inkişafına da töhfəsini verəcək.

“Elektron Hərrac”dan yeni istifadə qaydaları aşağıda qaydada təşkil olunacaq:

• Elektron hərracda iştirak etmək istəyən şəxs eherrac.gov.az portalına daxil olaraq “ASAN Login” vasitəsilə sistemə giriş edir;

• Elektron hərrac prosesində tələb olunan müvafiq iştirak haqqı və depozit (beh) ödənişləri onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilir;

• Elektron hərrac başladıqdan sonra iştirakçılar qalib olmaq üçün təkliflər edirlər;

• Qalib iştirakçı haqqında sistem tərəfindən protokol tərtib olunur. Bu protokollar müvafiq qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.

Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejimi dövründə Dövlət Agentliyi tərəfindən bir sıra innovativ layihələr həyata keçirilib və əhalinin istifadəsinə verilib.

Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” yaradılıb.

Dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “ASAN bot” tətbiqi istifadəyə verilib.