Fərhad Əliyevə yüksək vəzifə verildi
Dərc olunub:
31-03-2021, 21:50
"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.
Avrasiya.net xəbər verir ki, indiyə qədər "STP Alüminium" və "STP-AH" MMC-lərə rəhbərlik edən parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.
Bundan başqa, “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Əbdürrəhman Güngor əvəz edib.
STP-nin 4-cü törəmə şirkəti - "STP Metal Structures" MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.
"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni təyin olunan direktor Fərhad Əliyev sabiq iqtisadi inkişaf naziridir.