NATO-nun yeddi ölkəsi Ukraynanın alyansa qəbul edilməsinə qarşı çıxıb
Dərc olunub:
24-10-2024, 12:47
Bir sıra NATO ölkələri, o cümlədən ABŞ və Almaniya Ukrayna prezidenti Vladimir Zelenskinin tələblərinə tabe olmağa və Rusiya ilə birbaşa münaqişədən qorxaraq onu dərhal alyansa dəvət etməyə hazır deyil.
Bu barədə Avropanın “Politico” nəşri adı açıqlanmayan dörd ABŞ və NATO rəsmisi və diplomatına istinadən yazıb.
Onların məlumatına görə, Almaniya və ABŞ Kiyevi bloka dəvət etməkdə ilk tərəddüd edənlər sırasındadır. “Belçika, Sloveniya və İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında gizlənirlər, onlar Ukraynanın NATO-ya üzv olmasını istəmirlər”, - Politico alyansın adının açıqlanmayan nümayəndəsindən sitat gətirir. Macarıstan və Slovakiya da Ukraynanın üzvlüyünə qarşıdır.