Sizin Reklam Burada

Bakıda tanınmış fitnes zalının sahibi bıçaqlandı

Bakıda tanınmış fitnes zalının sahibi bıçaqlandıBakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Avrasiya.net APA-ya istinadla xəbər verir ki, hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Fərid Vahid oğlu İsmayılov sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.

Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstə yerləşdirildiyi tibb müəssisəsində əməliyyat edilib. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus “Lux” idman zalı var

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər