Tanınmış təbrizli alpinist Nepalda itkin düşdü

Tanınmış təbrizli alpinist Nepalda itkin düşdüTanınmış təbrizli alpinist Əbülfəz Gözəli Nepalın Makalo zirvəsində itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.

Məlumata görə, o, ötən həftə 4 nəfərlik heyətlə 8481 metr hündürlüyü olan Makalo zirvəsinə qalxıb.

Əbülfəz Gözəlinin nepallı bələdçisi zirvədən qayıdan zaman uçurumdan yıxıldığı üçün başqa iki bələdçi onu axtarmağa gedib. Bələdçinin neçə yüz metr aşağı yuvarlanaraq öldüyünü görəndən sonra onlar geri qayıtdıqları zaman təbrizli idmançını tapa bilməyiblər.

Hadisənin üstündən 6 gün keçməsinə baxmayaraq, Əbülfəz Gözəlinin xilas edilməsi üçün başladılan axtarışlar nəticəsiz qalıb.

Qeyd edək ki, Təbrizin "K2" alpinizm klubunun rəhbəri olan Gözəli dünyanın 7 min metrdən hündür 10 zirvəsinə dırmandığı üçün beynəlxalq "Qar qaplanı" dərəcəsini alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər