"Şərurlu İsfəndiyar"ın restoranında kütləvi dava - Tiktokeri döydülər

Binəqədi rayonu, Azadlıq prospektində yerləşən "Hollywood" restoranında kütləvi dava olub.

Hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb.

Məclisdə iştirak edən Adel adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən davalarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub. Bilal Əlizadə restoranlar şəbəkəsinin rəhbəri kimi tanınır.

Məlumata görə, insident mübahisə zəminində baş verib. Belə ki, Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib. Bundan sonra tiktoker Adel ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Bilal Əlizadənin masasında əyləşən bloqer Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər.

Məşhur iş adamı İsfəndiyar Axundova ("Şərurlu İsfəndiyar") məxsus olan restoranın rəhbərliyi tərəfindən hadisə yerinə polis əməkdaşları çağırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Binəqədi rayonunda yerləşən restoranların birində insident baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında təhqiqat araşdırmalarına başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi tədbir görüləcək. (Mənbə: qafqazinfo)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər