Şərif Ağayar üzr istədi

"Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi".

Bu sözləri yazıçı Şərif Ağayar sosial şəbəkə hesabında bildirib.

"Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam. Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar.
Hamınıza sayğılarla..." - deyə o qeyd edib.

Qeyd edək ki, Şərif Ağayar Rəşid Behbudov haqqında aşağlayıcı ifadələr işlətmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər