İran ABŞ-a meydan oxuyur

İran son illərdə ballistik raket arsenalına düşmən infrastrukturuna hədə törədəcək əlavələr edərək onun strateji hərbi dəyərini artırıb. ABŞ, İsrail və Körfəz ölkələri tərəfindən ballistik müdafiə sistemlərinin inkişaf etdirilməsi İran İslam Respublikasını alternativlər axtarmağa məcbur edib.

Bunu Avrasiya.net-ə politoloq Bakir Həsənbəyli deyib.

O, qeyd edib ki, İran yeni qitələrarası ballistik raketinin sınağını uğurla həyata keçirdiyini iddia etməklə Şimali Amerikada istənilən nöqtəyə zərbələri çata biləcək potensiala malik olduğunu nümayiş etdirmək istəyir.

"Xürrəmşəhr-5" adlanan raketin 12 min kilometr uçuş məsafəsinə və saniyədə 5,4 kilometr sürətə malik olduğu bildirilir. Döyüş başlığının çəkisi isə iki ton təşkil edir. Raketin nüvə başlığı daşıyıb-daşımadığı rəsmən təsdiqlənməsə də, İranın uranı zənginləşdirməyə davam etməsi bu ehtimalı gündəmdə saxlayır:

"Belə raketlərin inkişafı ABŞ ilə mövcud gərginlik fonunda İranın strateji hədəflərinin bir hissəsidir. İsraillə baş verən 12 günlük qarşıdurma və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi Tehranın Təl-Əvivdən çox Vaşinqtona qarşı cavab planlarını gücləndirib. Əgər nüvə başlıqları mövcud olsa, bu sistemlərdən yayınan zərbənin nəticələri hədəf tərəf üçün fəlakətli olar. İran artıq effektiv regional daşıma vasitələrinə malikdir. Bu, İsraillə müharibə zamanı təsdiqləndi. Əgər İranda nüvə başlıqları mövcud olarsa, regionda qüvvələr balansı dəyişəcək. İran müdafiə naziri Hüseyn Dehqan ölkəsinin ballistik nüvə raketi sınağı keçirdiyini təsdiqləyib. Nazir bildirib ki, bu raket sınağı nüvə razılaşmasını və BMT-nin qətnaməsini pozmur:

Əlavə olaraq qeyd edib ki, Bu raket sınağı əcnəbilərin daxili işlərimizə qarışmasına imkan verməyəcəyik. İran rəsmiləri dəfələrlə vurğulayıblar ki, raket proqramları ölkənin müdafiə strategiyasının əsas tərkib hissəsidir. Bu proqramlar vasitəsilə ölkə öz sərhədlərini və milli maraqlarını qorumağı qarşıya məqsəd qoyub. İslam Respublikasındakı son hadisələrdən sonra qitələrarası raket sınğının keçirilməsi teokratik rejimin güc nümayişidir. Rejim ortaya iradə qoymaqla kənar xarici təsirlərə sınaqlarla “məğlubedilməzlil obrazı” yaratmaq istəyir. Lakin bu iddialar nə daxili auditoriya, nə də ki, qlobal miqyasda effektiv olmayacaq. İran rejimi nəinki region, dünya üçün təhlükə mənbəyidir". 

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər