"İnanıram ki, 'Qarabağ' "Ayntraxt" üzərində qələbə qazanacaq"

"İnanıram ki, 'Qarabağ' "Ayntraxt" üzərində qələbə qazanacaq""Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Bakıda baş tutacaq "Ayntraxt"la oyunda "Qarabağ"ın qələbə qazanacağını düşünür.

Mütəxəssis bunu "Report" açıqlamasında bildirib.

S.Abasov rəqib komandanın gücünə və oyunun gərgin keçəcəyinə də toxunub:

"Qarabağ'a uğurlar arzulamaq istəyirəm və inanıram ki, mərhələni adlayacaq. Rəqibin adı mənə ağır gəlir, yəni Almaniya çempionatında oynayan bir komandadır. Amma ümid həmişə var. "Qarabağ" həmişə çətin rəqibləri udub, qələbə qazanıb. Özüm də bunları yaşadığımdan bilirəm ki, gərginlik olacaq. Çünki son şans məsələsi var, həm məşqçilər, həm də futbolçular bunu yaxşı bilirlər".

Mütəxəssis "Qarabağ"ın bu mərhələyə qədər gəlməsinin böyük uğur olduğunu vurğulayıb:

"İnanıram ki, qələbə qazanacaqlar. Amma qazansalar da, qazanmasalar da, ən azından bu həyəcanı bizə yaşadıblar. İndi "Ayntraxt"la "Qalatasaray" və "Real"ın deyil, məhz "Qarabağ"ın oyununu müzakirə edirik. Bunları bizə yaşatdıqları üçün "Qarabağ"ın həm məşqçilərinə, həm futbolçularına "çox sağ ol" deyirəm".

Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt" qarşılaşması bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər