AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun 70 illik yubileyi keçirilib

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan AMEA-nın müxbir üzvü, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərovun – 70 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində təşkil olunub. Yubiley mərasimində dövlət və hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, universitetlərin professor-müəllim heyəti, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov professor İbrahim Cəfərovun Azərbaycan aqrar elminin inkişafındakı mühüm xidmətlərindən geniş bəhs edib. O bildirib ki, professor Cəfərov uzun illər ərzində səmərəli fəaliyyəti, məsuliyyətli rəhbərliyi və davamlı təşəbbüskarlığı ilə ölkəmizin aqrar sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunmasına böyük töhfələr verib.

Nazir müavini professorun xüsusilə gənc kadrların hazırlanmasındakı xidmətlərini vurğulayaraq, onun bu sahədə göstərdiyi diqqət və qayğının gələcək nəsillərin peşəkar səviyyədə formalaşmasına imkan yaratdığını qeyd edib. Elçin Zeynalov çıxışını professor İbrahim Cəfərova möhkəm cansağlığı, yeni-yeni uğurlar və ölkəmizin kənd təsərrüfatı sahəsinin inkişafında daha böyük xidmətlər göstərməsi arzusu ilə yekunlaşdırıb.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında professor İbrahim Cəfərovun çoxşaxəli və zəngin elmi fəaliyyətini yüksək qiymətləndirərək, onun ölkə elminin inkişafında əvəzsiz və nümunəvi rolunu xüsusi vurğulayıb. Akademik qeyd edib ki, professor Cəfərovun uzun illər rəhbərliyi altında həyata keçirilən elmi layihələr müasir çağırışlara cavab verən sanballı nəticələrin əldə olunmasına imkan yaradıb, elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə mühüm töhfələr verib. Bu fəaliyyət, eyni zamanda, gənc alim və tədqiqatçıların elmi potensialının formalaşdırılmasında və onların peşəkar inkişafında xüsusi rol oynayıb.

İradə Hüseynova vurğulayıb ki, professor İbrahim Cəfərov gənclərə daim diqqət və qayğı ilə yanaşaraq, onların elmi fəaliyyətə cəlb olunmasına, müstəqil düşüncə tərzinin formalaşmasına və peşəkar vərdişlər qazanmasına əlverişli şərait yaradıb. Çıxışda həmçinin qeyd olunub ki, professorun müdrik rəhbərliyi, prinsipial mövqeyi və yüksək təşkilatçılıq qabiliyyəti onu elmi ictimaiyyətdə etibarlı və nüfuzlu lider kimi tanıdıb. Onun səmimi insanpərvərliyi, açıq ünsiyyəti və kollektivə hörmətlə yanaşması həmkarları və tələbələri arasında dərin ehtiram və rəğbət qazanmasına səbəb olub.
Sonda akademik İradə Hüseynova Azərbaycan elminin inkişafındakı xidmətlərinə, səmərəli elmi-təşkilati fəaliyyətinə və 70 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü İbrahim Cəfərovu AMEA-nın “Fəxri Fərmanı” ilə təltif edib.

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək professor İbrahim Cəfərovun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. Akademik Fuad Əliyev qeyd edib ki, professor Cəfərov uzun illər ərzində Azərbaycan elminin inkişafına mühüm töhfələr vermiş, gənc tədqiqatçıların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Onun elmi əsərləri və innovativ yanaşmaları sahədə böyük nüfuza malikdir.

Eyni zamanda, akademik Fuad Əliyev İbrahim Cəfərovun 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində vətəndaşlara göstərdiyi mənəvi və praktiki dəstəyi xüsusi vurğulayıb. O bildirib ki, professorun ictimai fəaliyyəti və vətənpərvər mövqeyi hər zaman nümunə olmuş, müharibə dövründə əhalinin yanında olması onun insanlıq keyfiyyətlərini və məsuliyyət hissini nümayiş etdirmişdir.

YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov professor İbrahim Cəfərovun Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində göstərdiyi xüsusi xidmətləri və Yeni Azərbaycan Partiyasının inkişafına verdiyi mühüm töhfələri yüksək qiymətləndirib. O qeyd edib ki, professor Cəfərovun ictimai-siyasi fəaliyyəti, dövlətçilik dəyərlərinə sadiqliyi və təşəbbüskarlığı YAP-ın ideyalarının cəmiyyət arasında daha geniş yayılmasına və möhkəmlənməsinə əhəmiyyətli töhfə verib.
Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov, AMEA-nın Botanika İnstitutunun direktoru vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva, Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Günel Seyidzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Anar Hətəmov çıxış edərək yubilyarın elmi və ictimai fəaliyyəti ilə yanaşı, kollektivdə formalaşdırdığı sağlam münasibətləri, prinsipial mövqeyi və məsuliyyətli yanaşması barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, bu keyfiyyətlər onun uzun illər ərzində qazandığı hörmət və nüfuzun əsasını təşkil edir. Qeyd olunub ki, yubiley tədbiri təkcə bir şəxsin fəaliyyətinə qiymət verilməsi deyil, həmçinin elmə sədaqətin və zəhmətə verilən dəyərin təcəssümüdür.
Sonda AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək tədbir iştirakçılarına göstərilən diqqət və yüksək qiymətlərə görə təşəkkürünü bildirib. O, elmi fəaliyyətinə və ölkənin aqrar sahəsinin inkişafına verdiyi dəyərli dəstəyi xüsusi vurğulayaraq, gələcəkdə də bu sahədə səmərəli çalışacağını və gənc nəsillərin yetişdirilməsinə hər zaman önəm verəcəyini qeyd edib. Professor həmçinin bütün həmkarlarına və yubiley tədbirinin təşkilatçılarına dərin minnətdarlığını ifadə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər