MSK Ramiz Mehdiyevin kadrlarından təmizlənir

MSK Ramiz Mehdiyevin kadrlarından təmizlənirMərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyalarının fəaliyyət müddətinin bitməsinə 4 ay qalıb. Seçki Məcəlləsinin tələbinə görə, aprel ayında Mərkəzi Seçki Komissiyası yenidən formalaşdırılmalıdır.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, Yeni Azərbaycan Partiyasını və bitərəf deputatları MSK-da təmsil edən üzvlərin ən azı 50 faizi vəzifələrini itirəcəklər.

Aprel ayında YAP və bitərəf deputatlar tərəfindən Milli Məclisə təsdiq üçün təqdim ediləcək siyahıda hazırda MSK-nın üzvü olan şəxslərin bir çoxunın adı olmayacaq. MSK-nın yarısı yeni şəxslərdən ibarət olacaq.

Yeni tərkibdə sürpriz isimlərin də yer alacağı bildirilir. Artıq hakim partiya rəhbərliyinin MSK-nın yeni tərkibi ilə bağlı müzakirələr apardığı və ilkin nəticələrə gəlindiyi də söylənilir.

MSK-nın, bunun ardınca dairə seçki komissiyalarının tərkibinə əl gəzdirilməsində Ramiz Mehdiyev amili də rol oynayacaq.

Ramiz Mehdiyevə cinayət işi açıldıqdan sonra 125 seçki dairəsinin sədrlərindən kimlərin Mehdiyev klanına yaxınlığı araşdırılıb. Araşdırma nəticəsində DSK sədrləri sırasında çoxlu sayda mehdiyevçi olduğu aşkarlanıb. MSK üzvləri barədə ciddi araşdırmaya ehtiyac duyulmayıb. Çünki MSK üzvlərindən kimlərin vaxtilə Ramiz Mehdiyevin siyahısı ilə seçildiyi yuxarılara əvvəldən məlumdur. MSK-nın tərkibində bu dəfə mehdiyevçilər olmayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər