"Azərbaycan-ABŞ tərəfdaşlığı Davosda diqqət mərkəzində"

Qlobal siyasi gündəmin və beynəlxalq əməkdaşlıq platformalarının fəallaşdığı bir dövrdə dövlətlərarası dialoqlar xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, dünya liderlərinin mühüm beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər həm ikitərəfli münasibətlərin inkişafına, həm də regional və qlobal məsələlərin müzakirəsinə töhfə verir. Belə bir kontekstdə yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında görüş baş tutub. Keçirilən görüş ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri baxımından böyük əhəmiyyət daşıyıb.

Görüş zamanı Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunub, siyasi dialoqun intensivləşməsi, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə edilib. Eyni zamanda, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb, sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin önəmi qeyd olunub. Görüş çərçivəsində ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə olunmuş razılaşmalar xatırladılaraq, bu prosesdə Prezident Donald Trampın oynadığı tarixi rol xüsusi diqqətə çatdırılıb.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlərə toxunaraq, regionda artıq sülh mühitinin formalaşdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev bildirib ki, bu reallıq yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi əlaqələrdə özünü göstərir. Belə ki, iki ölkə arasında ticarət münasibətlərinin yaranması sülh gündəliyinin praktik nəticələr verdiyini təsdiqləyir. Bu çərçivədə Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, eləcə də idxal olunan taxılın Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılması regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu proseslərin davamı olaraq Prezident İlham Əliyev regional bağlantıların genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.

Deputat diqqətə çatdırıb ki, görüş çərçivəsində qlobal təhlükəsizlik və sülh gündəliyinə dair məsələlər də müzakirə olunub. Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunularaq, bu qurumun Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi, eyni zamanda qlobal miqyasda mövcud münaqişələrin həllinə töhfə verməsi baxımından mühüm platforma olduğu diqqətə çatdırılıb. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması isə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının yüksək səviyyəsini, eləcə də ölkəmizin beynəlxalq aləmdə sülhün və sabitliyin təşviqində artan rolunu açıq şəkildə nümayiş etdirir.

K.Bayramov əlavə edib ki, Bu müzakirələr bir daha göstərdi ki, qarşılıqlı siyasi iradə və davamlı dialoq Azərbaycan-ABŞ münasibətlərinin inkişafında əsas amillərdən biridir. Müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlər və intensiv təmaslar əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə, tərəfdaşlığın daha da möhkəmlənməsinə və ortaq maraqlara əsaslanan uzunmüddətli münasibətlərin formalaşmasına mühüm töhfə verir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər