İranda 4 nəfər edam edildi
Dərc olunub:
Dünən, 19:16
İranın Borazcan, İlam, Xaf və Bircənd həbsxanalarında dörd məhbus edam olunub.
Bu barədə HRANA məlumat yayıb.
Məlumata görə, Borazcan həbsxanasında Mikayıl Bahari, İlam həbsxanasında Kamran Qiyasvənd, Xaf həbsxanasında Loristanlı Forud Sağvənd və Bircənd həbsxanasında Mərdan Səidi edam olunub.
Qeyd edilib ki, bundan əvvəl Əhvaz, Yəzd və Bam həbsxanalarında da azı dörd məhbusun ölüm hökmü icra edilib.
