ABŞ təşəbbüsü yenidən ələ almağa çalışıb

Dünən, yanvarın 22-də Davosda, Dünya İqtisadi Forumu çərçivəsində Tramp və Zelenski arasında növbəti görüş baş tutub və görüş Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli istiqamətində davam edən diplomatik səylərin növbəti mərhələsi olaraq qiymətləndirilir.

Bunu Avrasiya.net-ə politoloq Çingiz Şahbazi deyib.

O, qeyd edib ki, əsas mövzu təhlükəsizlik zəmanətləri ilə bağlı idi və Ukrayna prezidenti Zelenski görüşlə bağlı açıqlamasında, ABŞ və Ukrayna arasında təhlükəsizlik zəmanətləri barədə razılaşma layihəsi "təxmini qarşılıqlı razılaşdırılıb və çox vacib mərhələdir" deyib. ABŞ prezidenti Tramp görüşlə bağlı öz açıqlamasında görüşü "çox yaxşı" adlandırıb və bu istiqamətdə işlər hələ davam edir, deyib:

"Ukrayna prezidenti ölkəsini gələcəkdə Rusiyanın hücumlarından müdafiə etmək məqsədilə ABŞ-a ölkəsinin təhlükəsizliyi ilə bağlı zəmanət istəyir və bunu ABŞ-ın öhdəlik olaraq qəbul etməsinə çalışır. Hər iki lider müharibənin sona çatdırılması üçün sülh planı üzərində irəliləyiş olduğunu bildirsələr də, tam razılaşmanın hələ ki əldə olunmadığını da etiraf edirlər. Həmçinin bu istiqamətdə detallar da ictimaiyyətə hələ açıqlanmır. Rusiyanın işğalına məruz qalan xüsusilə də Donbas bölgəsinin gələcəyi hələ də müzakirə olunur. Ərazi məsələləri sülh razılaşmasının əsas mərkəzində yer alır və Ukrayna prezidenti Zelenski, torpaq güzəştinin olmayacağını söyləməkdə israrla davam edir. Belə bir vəziyyətdə görüş "qənaətbəxş" hesab olunur və hər iki tərəf əməkdaşlığın davam edəcəyini və növbəti mərhələlərdə əməkdaşlıq üçün komanda səviyyəsində danışıqların davam etdiriləcəyi qeyd olunub.

Bu baxımdan Davosda, ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Zelenski görüşü Ukraynaya davamlı sülh və təhlükəsizlik təmin etmək üçün ABŞ-ın rolunu yenidən hərəkətə gətirmək baxımından əhəmiyyətlidir və 1994-ci ildə imzalanan Budapeşt Memorandumunda olduğu kimi daha etibarlı təhlükəsizlik öhdəlikləri ABŞ-dan tələb olunur və həmin zəmanətlərin yenidən bərpası məsələsi gündəmdədir."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər