"Cənubi Qafqazın gələcəyi bizdən asılıdır"

"Cənubi Qafqazın gələcəyi bizdən asılıdır"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adı, fəaliyyəti və siyasəti inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur. Cənab İlham Əliyevin siyasi portretini tamamlayan cizgilər sırasında onun həm müdrik dövlət xadimi, həm də uğurlu siyasətçi imici xüsusi yer tutur”.

Bu fikirləri Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti ölkənin geosiyasi mövqeyindən, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında müstəqil siyasət yeridə biləcəyini əyani şəkildə, əməli fəaliyyəti ilə sübuta yetirib. Bu səbəbdən də dövlətimizin başçısının beynəlxalq müstəvidə də nüfuzu davamlı olaraq yüksəlir. Buna Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə bir daha şahid olduq. Xüsusilə, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında səsləndirilən fikirlər bütün bunları təsdiqləyir. Panel iclasında Prezident İlham Əliyevlə yanaşı Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da iştirak edib. İclasda Cənubi Qafqazda sülh prosesi də diqqət mərkəzində olub. Dövlətimizin başçısı sülh prosesi ilə bağlı bildirib ki, əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. Maraqlı məqam odur ki, Ermənistan prezidenti fikirlərini bildirərkən dəfələrlə cənab İlham Əliyevə istinad edib və onunla razı olduğunu söyləyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin “gələcək bizdən asılıdır” fikri ilə tam razı olduğunu söyləyərək qeyd edib ki, ölkələrimizin liderləri öz siyasi iradələrini qətiyyətlə nümayiş etdirirlər: “Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin”. Vaaqn Xaçaturyan Prezident İlham Əliyevə təşəkkür də edib. Əlbəttə, vaxtilə torpaqlarımızı 30 il işğal altında saxlamış bir ölkənin prezidentinin belə fikirlər söyləməsi təsadüfi deyil. Bunun səbəbi cənab İlham Əliyevin “dəmir yumruğu” isə qətiyyət və gücüdür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Prezident İlham Əliyevin liderliyi ilə azad olunması dövlətimizin gücünü Ermənistanla yanaşı bütün dünyaya nümayiş etdirdi.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin hərb, siyasət, diplomatiya və informasiya-təbliğat müstəvisində strategiyasının uğurlu nəticələri təkcə Azərbaycanın tarixi Zəfərində öz əksini tapmayıb. Cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri və qətiyyətli mövqeyi fonunda həyata keçirilən strateji kursun nəticəsində həm də çox mühüm geostrateji reallıqlar yaranıb. Bu reallıqlar, ilk növbədə, Azərbaycan dövlətinin gücününü göstəricisi olmaqla yanaşı, ölkəmizə tərəqqi, regiona rifah və inkişaf vəd edir. Azərbaycan Prezidentinin strateji təşəbbüsləri özündə həm tarixi ənənələri, həm mənəvi dəyərləri, həm siyasi reallıqları, həm də milli maraqları ehtiva edir. Bu amillər dünya ölkələrini də İlham Əliyev faktoru ilə hesablaşmağa təşviq edir. Cənab İlham Əliyevin dünya səviyyəlıi siyasi xadim olduğunu bir çox ölkələrin liderləri də etiraf edirlər. Buna nümunə olaraq, Davosda Serbiyanın Prezidenti Aleksandar Vuçiçin fikirlərini göstərmək olar. O deyib: “Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük”.

“Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsiyyət və güclü lider olduğu beynəlxalq müstəvidə də etiraf olunur. Azərbaycan xalqı olaraq biz öz liderimizlə qürur duyuruq”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər