Ötən il Azərbaycan və Mərakeş arasında ticarət dövriyyəsi 5 % artıb
Dərc olunub:
Dünən, 16:08
2025-ci ildə Azərbaycan və Mərakeş arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 5 % artaraq 8,7 milyon ABŞ dolları olub.
Avrasiya.net xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Mərakeşin Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ilin göstəricisi ilə müqayisədə 5 % artaraq 8,7 milyon ABŞ dolları təşkil edib", - paylaşımda bildirilib.
