Sandu prezident seçkilərində liderdir
Dərc olunub:
21-10-2024, 10:13
Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərində 41,84%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 26,35% səs toplayıb.
Bu ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən protokolların 97,88%-i işləndikdən sonra dərc edilib.
"Bizim partiya" nın lideri Renato Usatii 13,77% səslə ilk üçlükdədir. Sonrakı yerdə 5,46% və 4,53% səs toplayan Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah və keçmiş prokuror Viktoriya Furtuna, ardınca isə keçmiş baş nazirlər Vasili Tarlev (3,24%) və İon Çiku (2,09%) gəlir. Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda, noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.