Sizin Reklam Burada

Qutereş Rusiyaya niyə getsin ki?!

Qutereş Rusiyaya niyə getsin ki?!İsrail - İran, yoxsa İsrail - Türkiyə müharibə ehtimalı var?

BMT-nin baş katibi Antonio Quterreşin Kazanda keçiriləcən BRICS sammitində iştirak etməsi olduqca vacib siyasi hadisədir. Əvvəlcə onu qeyd etmək lazımdır ki, Quterreşin Kazanda keçirilən BRIKS sammitində iştirak təşəbbüsü, məhz onun özü tərəfindən irəli sürülmüb.

Əlbəttə ki, bunun öz səbəbləri var. İlk növbədə qlobal dünya bölgüsündə əsas tərəflərdən biri olan Rusiya ilə fikir mübadiləsi, qarşı tərəflər arasında yaxınlaşma nöqtələrinin müəyyən edilməsi, dəqiqləşdirilməsidir. Həm də bu səfər Putinlə şıxsən görüşmək üçün imkandır. BRIKS artıq güclü siyasi birlik, platforma kimi, dünya nizamına təsir edə biləcək mərkəzə çevrilmə prosesindədir. BMT-nin nüfuzunun aşağı düşməsi və əksər dünya dövlətləri tərəfindən BMT-nin strukturunda reformalar tələbi fonunda, BRlKS BMT-nin işinə, fəaliyyətinə təsir edən real güc ola bilər. Hərçənd ki, BRİKS BMT-yə alternativ təşkilat olmağı da hədəfləyə bilər.

BMT - nin beş Təhlükəsizlik Şurası üzlərinin əlində girova çevrilməsi faktdır. Heç şübhəsiz ki, BMT Qərb təşkilatı kimi dəyərləndirilir. Ancaq Antonio Quterreşin rəhbərliyi dövründə BMT ilə Qərb dövlətləri arasında soyuqluq sezilir. Rusiyanın, Putinin təcrid siyasətini həyata keçirən Qərb, Rusiyanın əsas aparıcılarından olduğu BRIKS təşkilatının gücləndiyi bir prosesdə Qutereşin Kazana səfəri, Putinlə görüşü, eləcə dəTürkiyənin, Azərbaycanın və digər dövlətlərin də təşkilata üzvlüyünün müzakirəsi getdiyi bir vaxtda BMT katibin sammitdə iştirakı BRİKS - in nüfuzuna, imicinə müsbət təsir edir. Əlbəttə ki, bu Qərbin maraqlarına tam ziddir.

Deməli Qərb, Yaxın Şərqdə, Ukraynada müharibənin davam etdirəcək və hətta Cənubi Qafqaz da daxil olmaqla, digər konflikt ocaqlarının yaranmasına çalışacaq. ABŞ - ın Yaponiya ilə 45 minlik heyyətlə hərbi təlimlərə başlaması da regionda gərginliyi artırmağa hesablanıb. Hindistan, Pakistan, Əfqanıstan, İran və sair digər region ölkələri arasında da yeni konflikt ocaqlarının alovlanması ehtimalı da var.

İsrailin Yaxın Şərq müharibəsində tam hakim görünür. Artıq bəzi ərəb dövlətləri nəinki İsrailə qarşı vuruşmaq istəyir, israillə konflikdən yayınmağa çalışır. İsrail İrana aid qüvvələri, onların rəhbərlərini ard-arda məhv etməsi, qarşılıqlı hərbi zərbələri birbaşa İsrail-İran müharibəsinə gətirəcəyinə ehtimal yaratsa da, bu ehtimal çox aşağıdır. İran və İsrail indiki halda eyni missiyanın icraçılarıdır.

Nə qədər qəribə görsənsə də, İsrail-Türkiyə müharibə ehtimalı, nisbətdə İsrail - İran müharibəsi ehtimalından çoxdur. Ancaq, İsrail - Türkiyə müharibəsinə imkan verilməyəcək. İsrailin Türkiyə qarşısında şübhəsiz məğlubiyyəti ABŞ başda olmaqla Qərbin Yaxın Şərqlə bağlı oturuşmuş siyasətini məhv edəcək. Həm də Türkiyənin İsrail üzərində qələbəsi Türkiyəni nəinki region üzərində vahid hakim qüvvəyə, ən əsası ərəb və islam dünyasının sahibinə çevirər. Bu isə faktiki Osmanlı imperiyasının bərpasına bərabər nəticədir. Qərb buna yol verərmi?!

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər