Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək

Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcəkAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) müvəqqəti ofisində Qırğızıstan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının başqanlar heyətinin üzvü Sovetbek Zakirov AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Orucu ziyarət edib.

Avrasiya.net xəbər verir ki, görüş zamanı Qırğızıstan nümayəndəsi ölkəsindəki qiymətləndirmə prosesləri barədə ətraflı məlumat verib. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər birliyin daha da inkişaf etdirilməsi, qeydiyyata alınması və RİCS ilə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıblar. Eyni zamanda, AQC ilə Qırğızıstan Qiymətləndiricilər Cəmiyyəti arasında bağlanmış ikitərəfli müqaviləyə əsasən əməkdaşlıq istiqamətləri detallı şəkildə nəzərdən keçirilib.

Görüş zamanı Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının bütün Türk coğrafiyasındakı qiymətləndirmə birliklərini əhatə etməsi, həmçinin bu proseslərin qurumun rəhbər heyətinin növbəti iclasında başlanması qərara alınıb.

Sonda Vüqar Oruc Sovetbek Zakirova ziyarəti üçün təşəkkürünü bildirib və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının rəhbəri olaraq onu qurum prezidentinin Orta Asiyada xüsusi səlahiyyətli nümayəndəsi təyin edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər