"Azərbaycan bu təşkilat daxilində konstruktiv münasibətlər sistemi yarada bilib”

“Yeni dünya”nın qurulmasl istiqamətində atılan mütərəqqi addımlar sırasında D8 İqtisadi Əməkdaşlıq Təşkilatı xüsusilə qeyd olunur. Artıq Azərbaycanın həmin təşkilata üzvlüyündən bir il ötəcək. Qeyd edək ki, ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub. 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsi kimi qeyd olunur.

Bu istiqamətdə Hafta.az-a professor Elşad Mirbəşir danışıb.

- D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının miqyası, potensialı haqqında nələri qeyd etmək olar?

-D-8 təşkilatı hazırda dünyanın ən perspektivli qurumlarından biri kimi qiymətləndirilə bilər. Hətta belə demək olar ki, bu təşkilat gələcəkdə G7 ilə müqayisə oluna bilər. Mən deyərdim ki, artıq indi də müqayisə etmək mümkündür. Çünki təşkilatın çox böyük potensialı mövcuddur. Qeyd edək ki, quruma üzv ölkələrin yerləşdiyi bölgə uzun əsrlərdir ki, güclərin toqquşan maraqlarının meydanına çevrilib. Bu ziddiyyətlər regionda əməkdaşlığa, əmin-amanlığa, firavanlığa, sülhə daim əngəl olub. D-8 yeni dünyanın qurulmasına dəvətlər, çağırışlar edir və 2014-cü il dekabrın 10-da BMT Təhlükəsizlik Şurasına üzvlüklə bağlı müraciət edib. D-8 çərçivəsində əməkdaşlıq regionların, kənd təsərrüfatı və balıqçılığın inkişafı, yoxsulluğa qarşı mübarizə və insan resursları, elm və texnologiya, maliyyə, bankçılıq və özəlləşdirmə, ticarət, energetika, sənaye, sağlamlıq və ətraf mühit. Əvvəlcə nəzərə almaq lazımdır ki, bu təşkilata üzv olan ölkələrdə təxminən 1 milyard insan yaşayır. Yəni dünya əhalisinin təxminən 60%-i bu ölkələrdə məskunlaşıb. Bu isə o deməkdir ki, dünya əhalisinin 60%-i bu təşkilat çərçivəsində əməkdaşlıq və müxtəlif xarakterli əlaqələr qurmaq imkanına malikdir. Məhz bu fakt təşkilatın gələcəyi barədə nikbin düşünmək üçün ciddi əsas yaradır.

- D8 ölkələrinin media və informasiya sahəsində hansı potensialı var?

- D-8 ölkələrinin media və informasiya sahəsində, digər əməkdaşlıq istiqamətlərində olduğu kimi, çox böyük potensialı var. Əvvəlcə auditoriya genişliyini qeyd etmək lazımdır. D-8 ölkələrinin vahid media və informasiya platformasının yaradılması üçün ciddi çağırış mövcuddur. Vahid media və informasiya strategiyalarının hazırlanması, ölkələrin strateji maraqlarına uyğun kontentlərin formalaşdırılması təşkilatın təqdim etdiyi ən vacib imkanlardan biridir. Qeyd etmək istərdim ki, D-8 təşkilatına üzv olan ölkələrin rəsmiləri də media və informasiya sahəsində əməkdaşlıq istiqamətinə böyük diqqət yetirirlər. Media sahəsində çalışanların qarşılıqlı səfərlərinin təşkili, informasiya mübadiləsi imkanlarının genişləndirilməsi, qlobal media məkanında ortaq maraqların qorunması, fake informasiyalara qarşı birgə mübarizə strategiyalarının hazırlanması məhz D-8 çərçivəsində mümkün ola bilər. Yəni vahid informasiya məkanında bu istiqamətlər üzrə işlək mexanizmlərin tətbiqi olduqca real bir hədəfdir. Nəzərə almaq lazımdır ki, bu gün qlobal səviyyədə ən ciddi təhdidlərdən biri də deepfake texnologiyasıdır. Deepfake-ə qarşı səmərəli mübarizə mexanizmləri hələ tam formalaşmayıb. Bu baxımdan D-8 çərçivəsində fake informasiyalara qarşı vahid mübarizə strategiyasının hazırlanması mümkündür və bu, üzv ölkələrin ümumi maraqlarına tam cavab verir. Eyni zamanda, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində üzv ölkələr arasında təcrübə mübadiləsi də olduqca əhəmiyyətlidir. Bütün bunlar D-8 ölkələrinin media və informasiya sektorunda böyük potensiala malik olduğunu göstərir.

- Prezident İlham Əliyevin təşəbbüsü ilə Media mərkəzinin Bakıda yaradılması və media forumunun keçirilməsini necə şərh etmək olar?

- Azərbaycan D-8 təşkilatına tamhüquqlu üzv seçildiyi qısa müddət ərzində nümayiş etdirdi ki, ölkəmiz yalnız iqtisadi və ticarət sahəsində deyil, digər sahələrdə, xüsusilə media və informasiya sferasında da böyük əməkdaşlıq potensialına malikdir. Dövlət başçısının təşəbbüsü ilə Media Mərkəzinin yaradılması bir daha göstərdi ki, ölkəmiz informasiya və kommunikasiya sahəsinə xüsusi diqqət ayırır. Sağlam və perspektivli kommunikasiya platformalarının qurulması digər sahələrdə də uğurlu əməkdaşlıq nəticələrinə təsir göstərən əsas amillərdəndir. Uğurlu kommunikasiya mexanizmləri əməkdaşlığın səmərəliliyini artırır və istiqamətini müəyyənləşdirir.

Azərbaycan uzun illərdir ki, fake informasiya hücumlarına məruz qalıb. Xüsusilə Qərb mediasında ölkəmizə qarşı qərəzli informasiya siyasəti aparıldığı məlumdur. Bununla belə, ölkəmiz belə hücumlara qarşı uğurla mübarizə aparmaq təcrübəsinə malikdir. Bu baxımdan, 22 noyabr tarixində Bakıda keçirilən Media Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin ünvanladığı məktubda da ölkəmizin media və informasiya sahəsində təşkilat çərçivəsində baxışları geniş şəkildə əks olunmuşdur. Prezidentin mesajlarından çıxan nəticə ondan ibarətdir ki, informasiya-kommunikasiya əlaqələri gücləndirilməli, fake xəbərlərə qarşı mübarizə sahəsində səylər birləşdirilməli və ümumi informasiya məkanı formalaşdırılmalıdır. Bu isə qeyd etdiyimiz kimi, 1,1 milyarddan çox auditoriyaya malik vahid informasiya mühütü deməkdir. Yəni dünya əhalisinin əhəmiyyətli hissəsinin yaşadığı coğrafiyada vahid informasiya siyasəti həyata keçirmək üçün real imkan mövcuddur. Bu reallığı şərtləndirən əsas amil isə D-8 ölkələri arasında artıq formalaşmış, müxtəlif istiqamətləri əhatə edən sıx əməkdaşlıqdır. Həmçinin, Azərbaycan bu təşkilat daxilində konstruktiv münasibətlər sistemi yarada bilmişdir. Bu səbəbdən, media və informasiya sahəsində gələcək əməkdaşlığın uğurlu nəticələr verəcəyinə tam əminliklə danışmaq mümkündür.

Tahirə Qafarlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər