"Belə cəhdlər iflasa məhkumdur, Azərbaycan etibarlı əllərdədir"

Bakı şəhəri Səbail rayon məhkəməsinin Prezident Administrasiyasının sabiq rəhbəri Mehdiyev Ramiz Ənvər oğlunu Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Səbail Rayon Məhkəməsi Mehdiyevlə əlbir olmaqda ittiham olunan AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçib.

Bundan əlavə olaraq "Mehdiyev işi" ilə əlaqədar olaraq ı Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib, Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Avrasiya.net-ə müsahibəsində Milli Məclisin deputatı Ülviyyə Ağayeva son günlərdə ölkə gündəmini zəbt edən məlum məsələlərə aydınlıq gətirirərək öz fikrini açıqlayıb.

- Ülviyyə xanım son günlərdə Ramiz Mehdiyev barəsində məhkəmə qərarı ilə bağlı ölkə gündəmini zəbt edən məlum məsələlərlə bağlı fikrinizi öyrənmək istərdik?

-Bu gün Azərbaycan müstəqil, suveren dövlətdir. İstər xalqın təkidi ilə hakimiyyətə dəvət olunan Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə, istərsə də bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət şəraitində onların həm beynəlxalq aləmdə, həm xalq arasında mövcud olan böyük nüfuz və etimadını görə-görə, bilə-bilə belə siyasi yanlışa yol verməyin heç bir əsaslandırması yoxdur.

Bu gün Azərbaycan dövlətini regionun əsas güc mərkəzinə çevirmiş müdrik rəhbərin hansı dahi şəxsiyyətin layiqli davamçısı olduğunu görməzdən gəlmək, əslində, siyasi iflasla nəticələnəcək yanlış mövqedir.

- Əvvəllər siyasi hakimiyyətdə yer almış bəzi şəxslərin bugünkü qüdrətli Azərbaycanın nailiyyətlərinə sevinməmələri, ölkədə aparılan uğurlu siyasətə kölgə salmaq cəhdləri hansı məntiqə sığır?

- Bu proseslərdə Ramiz Mehdiyevlə yanaşı Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi şəxslərin də adlarını görürük. Onların çıxışlarının və siyasi fəaliyyət adı altında apardıqları fəaliyyətin ölkədə xaos və gərginlik yaratmağa, dövlətçiliyimizə qarşı neqativ təsir formalaşdırmağa yönəldiyini açıq şəkildə müşahidə edirik.

- Bu insanlar dövlətimizin hansı çətin geosiyasi, coğrafi məkanda yerləşdiyindən xəbərsizdilərmi?

- Belə mürəkkəb regional şəraitdə bu qədər uğura imza atmaq üçün böyük siyasi uzaqgörənlik, düşünülmüş strategiya tələb olunduğunu görməzdən gəlmək reallıqları düzgün dəyərləndirməməyin nəticəsidir.
Vaxtaşırı “Milyarderlər İttifaqı” və “Milli Şurası” kimi anti-milli təşəbbüslər irəli sürülsə də, bunların hamısı iflasa uğrayıb. Çünki Azərbaycan artıq 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Daxili çəkişmələrdən istifadə edərək, xarici havadarlarına arxalanaraq ölkədə qarışıqlıq və çaşqınlıq yaratmağa cəhd edənlərə, sadə insanları manipulyasiya etməklə nəyə isə nail olmaq istəyənlərə artıq meydan yoxdur. Azərbaycan dövlətinin və onun müdrik rəhbərinin həyata keçirdiyi uğurlu siyasətə kölgə salmaq cəhdlərinin nəticəsiz qalması bir daha göstərir ki, ölkə etibarlı və əmin əllərdədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər