"Paşinyan yeni ssenari ilə seçkiyə gedəcək” 

Ermənistanda növbəti il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə təxminən altı ay qalmasına rəğmən siyasi ehtiraslar demək olar ki, hər gün öz pikinə doğru irəliləyir. Kilsə artıq Ermənistan hakimiyyəti ilə açıq kartla oynayır.

Mübrizənin kəskinləşməinə rəğmən Ermənistan Baş nazirinin rahat görsənməsi ciddi suallar yaradır. Paşinyanın rahat görüntüsü siyasi blefdir yoxsa qalibiyyətinə əmimlik?

Bu sulla müraciət etdiyimiz politoloq Bakir Həsənbəyli bildirdi ki, Paşinyan əslində rahat deyil. Əvvəla ölkəsində örgütlənmiş Rusiyaya məxsus 5-ci kalonun olduğunu bilən siyasi rəhbər rahat olmamalıdır. Çünki Rusiyanın Ermənistana təsir imkanları həm siyasi, həm də iqtisadi sferada çox böyükdür. Ölkə iqtisadiyyatının böyük bir hissəsi Rusiyadan aşlıdır. Bu gün Ermənistan iqtisadiyyatının ayaqda durmasının ən böyük səbəbi məhz Rusiya ilə 4 ilə yaxın davam edən “qara bazar”dır.

Ermənistanın bu müddətdə əldə etdiyi vəsaitin əksəriyyəti qeyri-leqal iqtisadiyyatın payına düşür. Qərb bu amili bilir. On dövrlər hətta Ermənisy\tana Rusiyaya tətbiq edilən sanksiyalara qoşulması ilə bağlı təkliflər də, olur. Lakin seçki ilə bağlı zaman azaldıqca təkliflərin təzyiqə keçməsi də mümkündür.

Çünki yeni dünya düzənində ikili siyasət rol oynamayacaq. Amma Paşinyanıda bu məsələdə hazırlıqsız hesab etmək olmaz. Artıq uzun müddətdir ki, Paşinyan Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olan kilsə ilə mübarizə aparır. Paşinyanın kilsəyə yönəlik siyasəti nəticəsində demək olar ki, erməni əhalisinin baxışlarında dini rəhbərliklə bağlı tərəddüdlər yaranıb. Yüz illərdir formalaşmış müqəddəslik zirehi artıq yox olma mərhələsindədir.

Bu fakt əsas verir ki, Paşinyan ən güclü müxalifətini sıradan çıxarmaq üzrədir. Ekslərə gəldikdə isə onların sabit sosial bazaları Paşinyan üçün ciddi təhlükə yaradacaq səviyyədə deyil. Əslində Paşinyan dəqiq hesablamalarla seçkiyə yeni senari ilə getməyi hədəfləyib. Kilsənin elektorat üzərindəki hökmünə son verilir, ekslərin siyasi və maliyyə cinayətləri qabardılır.         

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər