Azərbaycan BƏƏ ilə investisiya imkanlarını müzakirə edib

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı əməkdaşlıq və investisiya imkanları barədə müzakirələr aparıb.

Bu barədə Avrasiya.net Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) istinadən xəbər verir.

Bildirilib ki, Fondun icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-nin Əbu-Dabi şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti yüksək səviyyəli beynəlxalq qurumların rəhbərləri və özəl sektorun aparıcı təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq və investisiya imkanları üzrə müzakirələr aparıb.

Səfər zamanı ARDNF nümayəndə heyəti "CVC" Şirkətlər Qrupunun həmtəsisçisi və sədri Rolli van Rapard ilə görüş keçirib. Görüşdə Fondun "CVC" ilə uzunmüddətli əməkdaşlığının hazırkı mərhələsi, müxtəlif aktiv sinifləri üzrə investisiya portfelinin genişləndirilməsi imkanları və qlobal bazarlarda formalaşan yeni trendlər müzakirə edilib.

Nümayəndə heyəti daha sonra "Milken" İnstitutun sədri Maykl Milken ilə görüşüb. Kapital bazarlarının inkişafında mühüm rol oynaması ilə tanınan və uzun illərdir qlobal maliyyə, səhiyyə və təhsil sahələrində təşəbbüslərə dəstək göstərən Maykl Milken ilə keçirilmiş görüşdə institusional investorlara təsir edən qlobal tendensiyalar, davamlı investisiya meyilləri və müxtəlif regionlar üzrə strateji istiqamətlər müzakirə edilib. Tərəflər həmçinin gələcək əməkdaşlıq və bilik mübadiləsi imkanlarını nəzərdən keçiriblər.

ARDNF nümayəndə heyəti Əbu-Dabidə "Milken" İnstitut tərəfindən təşkil olunan "2025 Middle East & Africa" Sammitində də iştirak edib. ARDNF-in icraçı direktorun müavini Rövşən Cavadov Sammit çərçivəsində keçirilmiş "Asiya və Yaxın Şərq arasında investisiya və biznes əlaqələri" adlı paneldə spiker qismində çıxış edib.

Panel müzakirələri zamanı R. Cavadov Asiya və Yaxın Şərq arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini, kapital, innovasiya və istedad axınını gücləndirən yeni tərəfdaşlıq modellərinin formalaşdığını qeyd edib. O, suveren fondların regional dəyər zəncirlərinin möhkəmləndirilməsi, bazar inteqrasiyasına dəstək və iqtisadiyyatın şaxələndirilməsi prosesinə verdiyi töhfələr barədə məlumat verib. R. Cavadov əlavə edib ki, ARDNF uzunmüddətli və dayanıqlı investisiya yanaşması çərçivəsində hər iki regionda yaranan yeni imkanları yaxından izləyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər