Tramp ermənilərin müdafiəsinə qalxdı - Qondarma “Artsax”ın adını çəkdi
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərə təxminən 2 həftə qalmış erməniləri müfadiə edən açıqlama ilə çıxış edib.
Tramp 5 noyabr seçkilərindəki rəqibi – Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi erməniləri müdafiə etməməkdə suçlayıb.
Tramp özünün "Truth" sosial şəbəkə hesabında yazıb ki, xristian erməniləri Qarabağdan kütləvi şəkildə və zorla köçürülərkən (?) hazırda ABŞ-da vitse-prezidenti postunu tutan Kamala Harris heç bir şey etməyib.
“120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə və Artsaxdan məcburi köçkün düşəndə Kamala Harris heç nə etməyib. Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülhü bərqərar edəcəyik”, - Tramp bildirib.
Trampın bu açıqlaması dünya ermənilər tərəfindən sevinclə qarşılanıb və onu kütləvi şəkildə tirajlamağa başlayıblar.
Erməni politoloq Suren Sarkisyan Trampın sözlərini şərh edərkən deyib:
“Artsax adı ABŞ-da nadir hallarda istifadə olunur. Həmin istifadəçilər arasında keçmiş Respublikaçı prezidentliyə namizədlər Ramasvami, Kennedi, Demokratlardan prezidentliyə keçmiş namizəd və indi respublikaçı Tulsi Gebhardt da var. Bu gün onların hamısı Trampın komandasındandır və istisna etmirəm ki, onların bu cür açıqlamanın verilməsinə təsiri ola bilər”.