Sizin Reklam Burada

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdiİran OPEK+ çərçivəsində aktiv iştirakı və mövqeyinə görə Azərbaycana təşəkkür edir.

Avrasiya.net xəbər verir ki, bunu İranın neft naziri Bijən Zəngənə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdə deyib.

B.Zəngənənin sözlərinə görə, Azərbaycanla İranın münasibətləri yüksək səviyyədədir və bu münasibətlər daha da inkişaf edəcək: "Dünyanın neft bazarında OPEK+ çərçivəsi və addımları effektivdir. Neftin qiymətini münasib səviyyədə saxlamağa nail olacağımıza ümid edirəm".

Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, hazırkı şəraitdə bazarın qiymətinin yaxşılaşdırılması üçün OPEK+ çərçivəsi münasib mexanizmdir. Bu mexanizmin daha effektiv olması üçün onu genişləndirmək lazımdır.

Şahbazov əlavə edib ki, aprel ayında neft bazarının qarşısında duran problem OPEK+ mexanizmi ilə həll edildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər