Sizin Reklam Burada

"Ölkəmiz üçün yeni iqtisadi üfüqlər açılır"

"Ölkəmiz üçün yeni iqtisadi üfüqlər açılır"Qardaş Türkiyənin əsasını qoyduğu ənənəni dost və müttəfiq İtaliyanın davam etdirməsi, Azərbaycanı “Böyük İyirmilik” (G20) ölkələrinin Zirvə toplantısına dəvət etməsi olduqca xoş və təqdirəlayiq haldır. 2015-ci ildə Antaliyada Türkiyənin ev sahibliyi etdiyi “Böyük İyirmilik” sammitinə Azərbaycan ilk dəfə xüsusi qonaq qismində qatılmışdı.

Ölkəmiz 2021-ci ilin 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin Zirvə görüşünə də hazırda xüsusilə diqqət mərkəzində olan bir ölkə kimi dəvət edilib. Belə ki, Azərbaycan “Böyük İyirmilik” ölkələrinin Roma sammitinə həm İkinci Qarabağ müharibəsində qələbə qazanmış ölkə kimi, həm də İtaliya ilə sıx əməkdaşlıq və müttəfiqlik münasibətlərinə malik olan ölkə kimi qatılacaq.

Azərbaycanın dünyanın aparıcı iqtisadiyyatlarının sammitinə dəvət alması həqiqətən də böyük tarixi hadisədir. Bu şans Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycana verilir. Bunun da obyektiv səbəbləri var. Hər kəsə bəllidir ki, “G20”-nin toplantılarına qatılan ölkələr bir qayda olaraq öz inkişafları ilə diqqəti cəlb edən ölkələrdir. Azərbaycan da gənc ölkə olmasına baxmayaraq qısa müddətdə böyük iqtisadi uğurlar qazanıb. Bu da dünyada Azərbaycana olan marağı artırmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq imicini yüksəldib. Bu mənada Azərbaycanın “G20” sammitinə dəvət olunması ölkəmizin dünya iqtisadiyyatında oynadığı mühüm rolunun göstəricisi sayıla bilər. Bu eyni zamanda onu göstərir ki, regionumuz üzərindən həyata keçirilməsi nəzərdə tutulan istənilən qlobal, beynəlxalq əhəmiyyətli layihənin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil.

Azərbaycanın böyük geoiqtisadi layihələrə cəlb olunması onun dünya iqtisadi proseslərində mühüm aktorlardan birinə çevrilməsinə zəmin yaradır. “G20” sammitində iştirak imkanını qazanmağımız ölkə iqtisadiyyatına, xüsusən də işğaldan azad edilmiş Qarabağımızın bərpa-quruculuq işlərinə xarici sərmayələrin cəlb olunması baxımından da olduqca əhəmiyyətlidir. Bir sözlə, ölkəmiz üçün yeni iqtisadi üfüqlər açılır.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər