Avroviziya-2024: finalçılar bəlli oldu
İsveçin Malmö şəhərində 68-ci Avroviziya-2024 mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
Avrasiya.net xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.
Finala çıxmaq uğrunda Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San-Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland mübarizə aparacaq.
Yarımfinalın sonunda televiziya izləyicilərinin səsverməsi nəticəsində finala çıxan ikinci onluq elan ediləcək, onlar müsabiqədə iştiraklarını davam etdirəcək və Avroviziya-2024-ün mayn 11-də finalında yenidən səhnəyə çıxacaqlar.
Qeyd edək ki, Avroviziya-2024 mahnı müsabiqəsinin birinci yarımfinalında iştirak edən Azərbaycan finala vəsiqə qazana bilməyib.
***
Avroviziya-2024 mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb.
Nəticələrə əsasən mahnı müsabiqəsinin daha 10 finalçısı müəyyənləşib. Bunlar Yunanıstan, İsveçrə, Avstriya, Latviya, Gürcüstan, Estoniya, İsrail, Norveç, Niderland, Ermənistandır.