Tbilisi qarışdı: Saxlanılanlar var
Dərc olunub:
10-05-2024, 09:00
Tbilisinin Vake rayonunun Çavçavadze küçəsində keçirilən yürüş zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri etirazçını saxlayıb.
Bundan əvvəl silah-sursat ittihamı ilə saxlanılan bloqqer Uça Abaşidzenin evindən Parlamentə doğru yürüş edən aksiya iştirakçıları yolu bağlamaq istəyərkən polis onlardan bir neçə nəfəri saxlayıb.
Hazırda aksiya iştirakçıları Çavçavadze küçəsində yolun bir tərəfini bağlayıb, polis vaxtaşırı etirazçıları saxlayır.
Əvvəlcə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları parlament binası yaxınlığında toplaşsalar da, polis bloqqer Uça Abaşidzenin evində axtarış aparması xəbərindən sonra aksiya iştirakçıları bloqqerin evinin həyətinə toplanıblar.