Fransa Ermənistana qoşun göndərir?

Fransa Ermənistana qoşun göndərir?Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığa başlamışıq, bu münasibətlərimizdə yeni bir mərhələdir və çox geniş vüsət alır.

Avrasiya.net xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottiqnies "Azadlıq radiosu"nun Ermənistan bürosuna müsahibəsində deyib.

O bildirib ki, son bir neçə ay ərzində iki ölkə arasında üç istiqamətdə sazişlər imzalanıb. Bu istiqamətlər Ermənistanı müdafiə silahları ilə təmin etmək, Ermənistan silahlı qüvvələrinin Ermənistanda və ya Fransada təlim keçməsini təmin etmək və həmçinin Ermənistan Müdafiə Nazirliyinə məsləhətlər verməkdir.

Səfir "Paris, məsələn, on il əvvəl silahlı qruplaşmaları zərərsizləşdirmək üçün Mali və ya Liviyaya qoşun yeritdiyi kimi Ermənistana öz qoşunlarını göndərməyi düşünə bilərmi?" sualına isə belə cavab verib:

"Çox fərqli bir vəziyyətdən danışırıq. Afrikanın Sahel bölgəsində keçirilən əməliyyatlar antiterror əməliyyatları olub. Burada bizim dövlət-dövlət əməkdaşlığımız var və biz Ermənistan silahlı qüvvələrinin güclənməsinə töhfə verməyə çalışırıq. Bir daha deyirəm, nəyinsə baş verməsini gözləmirik. Nəyinsə baş verməməsi üçün lazım olanı etməyə çalışırıq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər