Sizin Reklam Burada

"Heydər Əliyev milli həmrəylik carçısı idi"

"Heydər Əliyev milli həmrəylik carçısı idi"Hər il olduğu kimi bu gün də Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını səhər saatlarında ziyarət etdim. Ulu Öndərin vəfatından illər keçsə də, lakin ona olan xalq məhəbbəti, onun xatirəsinə göstərilən ehtiram zərrə qədər də azalmır. Bu gün də Fəxri xiyabana gedəndə eyni mənzərənin, Ulu Öndərin şəxsiyyətinə və xatirəsinə qarşı eyni diqqətin, sayğının şahidi oldum. Paytaxt sakinləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları, məktəblilər fərdi qaydada və ya qrup halında Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edir, onun ruhuna ehtiramlarını bildirirdilər. Ziyarətə gələnlərin arasında müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrini də gördüm. Bu da Heydər Əliyevin şəxsiyyətinə olan hörmət və ehtiramın başqa bir göstəricisidir.

Bu gün, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-cü ildönümü tamam olduğuna görə onun məzarını, abidəsini ziyarət etməyə gələnlərin həqiqətən də böyük bir izdihamı müşahidə olunurdu. Dahi şəxsiyyətin abidəsinin önünə təzə-tər güllər düzən, əklillər qoyan insanlar onun Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini bir daha minnətdarlıq hissilə dilə gətirirdilər. Bəli, bu gün Fəxri xiyabanda yaşanan izdiham xalqımızın öz böyük oğluna vəfa borcunun təzahürü idi. Bu da bir daha onu göstərir ki, Ümummilli Liderimiz Heydər Əliyev bu gün cismən həyatda olmasa da, lakin onun işıqlı xatirəsi daim xalqımızla birlikdədir və onun zəngin siyasi irsi, ölkəmiz və xalqımız naminə gördüyü işlər daim minnətdarlıq hissilə xatırlanacaq.

Çağdaş Azərbaycanımızın şərəfli tarixinin bütöv bir dövrü məhz Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev son 100 illik tariximizə öz damğasını vurmuş nəhəng tarixi şəxsiyyətdir. O, Azərbaycan üçün yaşayırdı və bütün ömrünü canından çox sevdiyi Azərbaycanın inkişafına həsr edib, müstəqilliyimizin bərpasından sonra onun qorunub saxlanmasında və Azərbaycanın dünyada sayılıb-seçilən ölkələrdən birinə çevrilməsində Heydər Əliyevin misilsiz xidmətləri olub. Bu, danılmaz bir həqiqətdir.

Prezident İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət edib, Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır.

Sözsüz ki, hər bir xalqın tarixində müstəsna rol oynayan və xilaskar kimi iz qoyan böyük şəxsiyyətlər var. Azərbaycan xalqının da tarixində xilaskarlıq missiyasını misilsiz fədakarlıq və ləyaqətlə yerinə yetirmiş siyasi lider məhz Ulu Öndərimiz Heydər Əliyevdir. Ulu Öndəri digərlərindən fərqləndirən ən mühüm cəhətlərindən biri də onun birləşdirici şəxsiyyət olması idi. Bəli, Heydər Əliyev milli həmrəylik carçısı idi. Onun bu cəhəti dünya azərbaycanlılarının bir araya gətirilməsində də əvəzolunmaz rol oynayıb. Ulu Öndərin Azərbaycançılıq kursu milli birliyimizin və həmrəyliyimizin qorunmasına həmişə öz töhfəsini verəcək və onun əziz xatirəsi də qəlblərimizdə daim yaşayacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədr
i

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər