Sizin Reklam Burada

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda konsert

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda konsertÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Bağı-Park Bulvar”da geniş rayon ictimaiyyətinin iştirakı ilə möhtəşəm konsert təşkil edilib.

Versus.Az xəbər verir ki, konsertdə rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Konsertdə dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayevin əsərləri beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Mustafa Mehmandarovun dirijorluğu ilə “Scorrendo” orkestrinin müşayiətində səsləndirilib. Xalq artistləri Samir Cəfərov və Fidan Hacıyeva, Əməkdar artist Arzu Əliyeva, Prezident mükafatçısı Atəş Qarayev Ulu Öndər Heydər Əliyevin sevdiyi xalq mahnılarını, dünya klassik musiqisindən nümunələri ifa ediblər.

Böyük maraqla qarşılanan konsert Samir Cəfərovun görkəmli bəstəkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etməsi ilə yekunlaşıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər