Sizin Reklam Burada

Biz sülhə doğru gedirik

Biz sülhə doğru gedirikMehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Hər bir beynəlxalq əhəmiyyətli tədbir ev sahibliyi edən ölkə ilə yanaşı, digər iştirakçı dövlətlərin də malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu tədbirlər, həmçinin tarixi həqiqətlərimizin, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında yardımçıdır. Dünyanın 100-dən çox ölkəsindən 700 qonağın iştirak etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlət başçısı İlham Əliyev günümüzün əsas reallıqları barədə tədbir iştirakçılarına geniş məlumat verərək hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsinin, qarşılıqlı etimadın və birliyin rolunu xüsusi vurğuladı.

Forumun mövzusu özündə bütün məqamları ehtiva edir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” sülhə və təhlükəsizliyə nail olmağın yollarını açıqladı və geniş müzakirələrə imkan yaratdı. Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq.

Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir. Cənubi Qafqazda onilliklərlə sürən münaqişədən sonra Böyük Qayıdış reallaşır, sülhə, təhlükəsizliyə və firavanlığa yol açan Azərbaycanın suveren milli sərhədləri bərpa olunur. Qanuni yolla ərazinin uğurla azad olunması və münaqişənin beynəlxalq hüquqa uyğun həllindən sonra ədalət nəhayət ki, zəfər çalır.

Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdi. Cənab İlham Əliyev onu da vurğuladı ki, bütün əvvəlki dialoq forumlarında işğal və ədalətsizlik haqqında danışıb və bildirib ki, insanlar bundan əziyyət çəkiblər: “Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələri görmüşük. İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük.”

30 illik işğal dövründə bütün beynəlxalq təşkilatlar qətnamələr və qərarlar qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər sənədlərin icrası üçün heç bir şey etmədilər. Dövlətimizin başçısı bilşdirdi: “Biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı.”

Müharibədən sonrakı mərhələdəyik. Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Hazırda sülhə doğru gedirik. Regionda sülhün, təhlükəsizliyintəmin edilməsi yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq. Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Ölkəmizin tarixi Zəfərindən bugünədək qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Görünən budur ki, Zəfəri Zəfər əvəzləyir.

Azərbaycan ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında maraqlıdır. Bunun üçün bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Hazırkı dövrün əsas çağırışlarından biri iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsidir ki, Azərbaycan bu istiqamətdə də atdığı addımları ilə diqqətdədir. COP29 bu sahədə əhəmiyyətli rol oynayacaq. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi Forum çərçivəsində aparılan müzakirələrin rolundan danışan BMT-nin Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Uroseviç Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlərin turizm və miqrasiya sahəsində də mövcud problemlərin həllində əhəmiyyətini vurğuladı və bildirdi ki, bu il COP29-un məhz Bakıda keçirilməsi cənab İlham Əliyevin sadiqliyinin təzahürüdür. İlbəil bu Forum öz əhəmiyyətini tərəfdaşlığın möhkəmləndirilməsi, tövsiyələrin verilməsi, mədəniyyətlərarası dialoq çərçivəsində mühüm və aktual məsələlərin təşviqi üçün əsas platforma kimi nümayiş etdirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər