Sizin Reklam Burada

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun may ayının 7-də Azərbaycana etdiyi rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin artıq yeni müstəvidə, strateji tərəfdaşlıq formatında inkişafına başlanğıc vermiş oldu. Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır.

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimindən sonra mətbuata Slovakiyanın Baş naziri ilə birgə verdiyi bəyanatında xüsusi olaraq vurğuladı ki, “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi və ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran siyasi sənəddir. Bəyannamədə əks olunan maddələr tərəflərin niyyətini əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Həmçinin iki ölkənin dövlət və hökumət başçıları arasında keçirilmiş həm təkbətək görüş əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir çox mühüm məsələlər müzakirə edilib və siyasi əlaqələrin yüksək səviyyədə olması bir daha təsdiqlənib.

Həmçinin Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri arasında aparılmış müzakirələr nəticəsində bir çox sahələr üzrə aparılacaq işlərə dair önəmli razılıq əldə olunub. İmzalanan sənədlər arasında, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” də vardır ki, bu iki istiqamət üzrə də geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara da start verilmişdir.

Qeyd etmək lazımdır ki, keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Lakin Azərbaycan – Slovakiya əməkdaşlıq əlaqələri təkcə enerji sektoru ilə məhdudlaşmır. Bu əməkdaşlığın daha bir önəmli istiqaməti də ölkəmizin işğaldan azad edilmiş ərazilərində Slovakiya şirkətinin fəaliyyəti ilə bağlıdır. Cənab Prezident İlham Əliyev bu məsələyə öz çıxışında xüsusi toxunaraq bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması məhz Slovakiya şirkəti tərəfindən icra ediləcək. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, bu, Slovakiya-Azərbaycan əlaqələrinin yüksək səmimilik dərəcəsini göstərir.

Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalara yol açır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və Slovakiya 9-cu ölkə olacaq. Həmçinin ötən il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. “Həmrəylik halqası” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir.

Bütün bu tədbirlər ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində rolunu daha da artıracaq və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcək.

Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər