Sizin Reklam Burada

Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüş keçirib

Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüş keçiribƏdalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı seçki dairəsinin ərazisində seçicilərlə növbəti görüş keçirib.

Oktyabrın 19-u saat 11:00-da keçirilən görüşdə seçicilər müxtəlif problemlərlə bağlı şikayətlərini səsləndiriblər.
Xüsusilə binaların dam örtüyü və su-kanalizasiya xətlərində olan çatışmazlıqlar, bəzi həyətlərdə abadlıq işlərinin aparılmaması və .s məsələlərdən şikayət ediblər.

Sakinlər həmçinin su problemi, liftlər, bəzi məhəllələrdə tullantıların vaxtında daşınmaması, uşaqlar üçün oyun meydançalarının olmaması ilə bağlı narahatlıqlarını diqqətə çatdırıblar.

Bəzi seçicilər isə müəyyən tikintilərin yaratdığı narahatlıqlar, bir sıra küçələrdə asfalt örtüyünün sıradan çıxması, təmirə ehdiyacı olan balkonlar və digər məsələlərlə bağlı narazılıqlarını ifadə ediblər.
Şikayətləri dinləyən millət vəkili qaldırılan problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həll olunmasına səy göstərəcəyini bildirib.

Millət vəkili eyni zamanda əlavə edib ki, bundan öncə keçirilən görüşdə qaldırılan məsələlər müvafiq qurumların diqqətinə çatdırılıb və bu istiqamətdə tədbir görüləcəyinə söz verilib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər