Kapital bank şəhidlərin bütün borclarını sildiAzərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Anar Gülverdi oğlu Novruzovun həqiqətən Kapital Banka kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq Kapital Bank tərəfindən silinib.

Bunu Axar.az-a açıqlamasında Kapital Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

O bildirib ki, bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərdən də bəzilərinin nağd pul, avans krediti və “BirKart”larına borclarının olduğu üzə çıxıb:

“Saytınız vasitəsilə onların da ailəsinə bildirmək istərdik ki, həmin borclar da Kapital Bank tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Mərkəzi Bank bağlanan banklarla bağlı yeni məlumat YAYDIMəlum olduğu kimi, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, habelə tənzimləyici orqanlara təqdim olunan hesabatları təhrif etdiklərinə görə “AtaBank” , “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin lisenziyaları ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel və 14 may 2020-ci il tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedici təyin edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bağlanmış banklar üzrə öhdəliklərin reyestri Fonda ötürülüb, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Atabank” və “Amrah Bank” üzrə “Kapital Bank” ASC, “AG Bank” və “NBC Bank” üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib.

1 iyun 2020-ci il tarixindən etibarən “Atabank” və “Amrah Bank”da 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, 1 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.

16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” və “NBC Bank”da 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb, 15 iyul 2020-ci il tarixindən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə start veriləcək.

Ümumilikdə indiyə qədər 12,9 min əmanətçiyə 229,7 milyon manat məbləğində kompensasiyaların ödənilməsi təmin edilib.

Bankların lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə AMB və ADIF bankların əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdiklərini aşkar ediblər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının 28 dekabr 2018-ci il tarixində tətbiq etdiyi təshih tədbiri pozularaq “NBC Bank” tərəfindən qorunan əmanətlərin əhəmiyyətli məbləğdə artırılması faktı AMB tərəfindən nəzarət orqanı səlahiyyətləri təhvil alındıqdan sonra aşkar edilib. Bununla əlaqədar, 27 yanvar 2020-ci il tarixində fiziki şəxslərdən depozitlərin qəbulunun tam dayandırılmasına dair əlavə təshih tədbiri tətbiq edilib. Lakin, “NBC Bank” tərəfindən əlavə təshih tədbirinə də riayət edilməyib, AMB-yə, eləcə də ADIF-ə bilərəkdən yanlış hesabat verilib və bu faktlar AMB-nin təyin etdiyi müvəqqəti inzibatçı tərəfindən müəyyən olunub. Bankın lisenziyasının geri çağırılması zamanı kapital yetərsizliyi və digər amillərlə yanaşı məhz bu amil də əsas olaraq götürülüb.

“Ata Bank” üzrə fiziki şəxslərdən müddətli depozitlərin qəbulunun dayandırılması ilə bağlı tətbiq olunmuş təshih tədbiri 2019-cu ilin 23 iyul – 12 sentyabr tarixləri aralığında qüvvədə olub. Ləğvetmə prosesində ADIF tərəfindən müəyyən olunub ki, Bank tərəfindən pozuntuya yol verilərək həmin dövrdə müddətli əmanətlərin qəbulu aparılıb.

10 oktyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “AG Bank”a qarşı fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu və qorunan əmanətlərin həcminin artımının məhdudlaşdırılması ilə bağlı təshih tədbirləri tətbiq olunub. Maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri AMB-yə keçdikdə qorunan əmanətlərın həcmi müəyyən edilmiş limitdən aşağı olub. Bununla belə, ADIF tərəfindən reyestrin qəbulu və kompensasiyaların ödənilməsi prosesində fərdi müqavilələrin təhlili zamanı “AG Bank” tərəfindən bağlanmış faizli tələbli müqavilələr əvəzinə müddətli müqavilələrin qəbulu aşkar edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq bu əmanətlər bloklaşdırılıb. Bu da faktiki olaraq bank tərəfindən təqdim olunmuş hesabatlığın təhrif olunması anlamına gəlir. Faktiki olaraq Bank öz hesabatlarında təshih tədbirinin qüvvədə olduğu müddət ərzində müddətli əmanət qəbul etmədiyini əks etdirsə də, bu dövr ərzində faizli tələbli əmanət kimi rəsmiləşdirilərək qəbul olunmuş əmanətlər üzrə müqavilələrdə vəsaitlərin müəyyən edilmiş müddətdən əvvəl hesabdan məxaric edilməsi zamanı, həmçinin əmanətin müəyyən olunmuş məbləğdən aşağı düşdüyü hallarda hesablanmış faizlərin ödənilməməsi barədə şərt nəzərdə tutulub. Bu səbəbdən də həmin müqavilələr hüquqi baxımından müddətli əmanət kimi təsnifləşdirilib və qanunvericiliyə uyğun olaraq kompensasiya ödənişi dayandırılıb.

Eyni xarakterli problemlərə ötən dövrlərdə də rast gəlinib. Belə ki, 2017-ci ilin dekabr ayında bank lisenziyası geri çağırılmış “Dəmir Bank” ASC-də 27.09.2017-ci il tarixindən tətbiq olunmuş təshih tədbirindən sonra bir sıra qanun pozuntularına yol verilməsi faktı aşkar edilib. O zaman bu məsələ ilə bağlı ADIF Nazirlər Kabinetinə məktub ünvanlamış və Konstitusiya Məhkəməsinə müraciət edilib. Konstitusiya Məhkəməsinin mövcud məsələ ilə bağlı qərarından sonra əmanətçilərə depozitlərin kompensasiya edilməsi təmin edilib.

“Dəmir Bank” üzrə hüquqi presedent nəzərə alınaraq sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların tam verilməsinin təmin olunması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə ADIF tərəfindən zəruri hüquqi prosedurlara başlanılıb.

"Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı AMB və ADIF tərəfindən bütün lazımi tədbirlər görülür", - deyə AMB bəyan edib.
Azərbaycan yenidən borca girdi - Dünya Bankı ilə 50 milyonluq kredit müqaviləsi imzalandıAzərbaycan hökumətilə Dünya Bankı arasında ədliyyə sistemindəki islahatların davamı üçün əlavə maliyyə olaraq 50 milyon ABŞ dolları həcmində kredit ayrılmasına dair saziş imzalanıb.

Avrasiya.net Banka istinadən xəbər verir ki, martın 26-da DB Direktorlar Şurası tərəfindən təsdiqlənmiş bu kreditlə yanaşı, hələ 2014-cü ilin iyul ayında təsdiqlənmiş 100 milyon ABŞ dolları məbləğində “Ədliyyə xidmətləri və yüksək texnologiyalı məhkəmə infrastrukturu” adlı əvvəlki kreditin də xərclənmə müddəti cari ilin 30 iyun tarixindən 2021-ci ilin 30 iyun tarixinədək uzadılıb. Həmin məbləğin 43,84 milyon ABŞ dolları ədliyyə xidmətlərinin təkmilləşdirilməsinə, 25,8 milyon ABŞ dolları təsisat potensialının və səmərə dərəcəsinin artırılmasına, 59,71 milyon ABŞ dolları məhkəmə infrastrukturunun genişləndirərək müasirləşdirilməsinə, 12,89 milyon ABŞ dolları layihənin idarəçiliyi və əlaqələndirilməsinə, 4,83 milyon ABŞ dolları da pilot əsasllarla İT tətbiqi üçün nəzərdə tutulub.

Əlavə maliyyə üçün son kredit 4 ili güzəştli olmaqla 11,5 ilə verilir. İcra müddəti 2024-cü il iyun ayının sonunadək nəzərdə tutulan layihənin ümumi dəyəri isə 70 milyon ABŞ dollarıdır ki, bunun 20 milyon ABŞ dollarını hökumət ayıracaq.

İndiyədək Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin islahatını, məhkəmə təsisatlarının gücləndirilməsi üçün üç kredit ayırıb. Bunlardan birincisi 21,6 milyon ABŞ dolları həcmində 2006-cı ildə, ikincisi 33,4 milyon ABŞ dolları həcmində 2011-ci ildə, üçüncüsü də 100 milyon ABŞ dolları həcmində 2014-cü ildə ayrılmışdı.
Bağlanan banklardakı əmanətlər niyə qaytarılmır?Mərkəzi Bankın aprel-may aylarında lisenziyalarını ləğv etdiyi Amrah Bank, AGBank, Atabank və NBC Bank əmanətçiləri əmanətlərinin qaytarılmamasından narazıdır.

Bununla bağlı Axar.az-ın redaksiyasına şikayət məktubu ünvanlayan əmanətçilər bildirirlər ki, Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fonduna etiraz etsələr də, problemin həlli istiqamətində bir addım atılmayıb və proses uzadılır.

Əmanətlərin Sığortalanması Fondunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fuad Hüseynəliyev saytımızın sorğusuna cavabında deyib ki, əmanətlərin ödənməsi barədə məlumatlar mütəmadi olaraq qurumun rəsmi saytından paylaşılır:

“Qanunvericiliklə kompensasiyaların ödənilməsi Fondun ilk bildirişindən sonra bir il ərzində həyata keçirilir. Bu müddət 2021-ci ilin may ayında bitir”.

Bağlanan bankların bloklanmış əmanətləri barədə danışan qurum rəsmisi onu da deyib ki, Fondun icraçı direktoru Tural Piriyev bu məsələnin vətəndaşların xeyrinə həll edilməsi haqda rəsmi açıqlama verib.
Deputat Mərkəzi Bankı ittiham etdiDeputat Vüqar Bayramov lisenziyası geri alınan "NBC Bank"dakı blok olunmuş vəsaitlərin əmanətçilərə qaytarılması üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən hüquqi prosedurların sürətləndirilməsi məqsədəuyğun hesab edir.

Avrasiya.net xəbər verir ki, bu barədə feysbukda yazan deputat xatırladıb ki, Mərkəzi Bank 2020-ci il yanvarın 27-dən etibarən "NBC Bank"a əmanət qəbulunu qadağan edib: "Amma Mərkəzi Bank cəmiyyətdə həmin banka olan inamı azaltmamaq üçün bu barədə o zaman xüsusi açıqlama verməyib. Bununla belə, bank rəhbərliyi qadağaya baxmayaraq əmanət qəbul etməkdə davam edib. Nəticədə bank müflis olandan sonra həmin əmanətlər “bloka alınıb”.

Birmənalı şəkildə, burada heç bir əmanətçinin günahı yoxdur, əksinə bu problem bankların idarəedilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı məsələni bir daha da aktuallaşdırır. Rusiyada olduğu kimi bizdə də bank rəhbərləri üçün məsuliyyətin artırılmasına ehtiyac var. Bütövlükdə, Əmanətlərin Sığortalanması Fondunun mövqeyi təqdirəlayiqdir və blok olunmuş əmanətlərin bu məsələdə heç bir günahı olmayan vətəndaşlara daha qısa zamanda qaytarılmasına nail olunmasına ehtiyac var".
"İranın Azərbaycan ilə ticarət balansını artırmağa çalışacağıq"İran və Azərbaycan parlamentlərarası dostluq qrupu iki ölkənin əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil olunur.

İranın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir ki, Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi və İslami Şura Məclisinin İctimai Komissiyası sədrinin müavini Vəli İsmayılı bildirib ki,
İranın Azərbaycan Respublikası ilə ticarət və ixracat əlaqələri illər əvvəl mövcud olub və çalışırıq ki, bu əlaqələr güclənsin.

Onun sözlərinə görə, İran xüsusilə Ərdəbil əyaləti Azərbaycan Respublikası ilə qonşu olmasını səbəbindən ixracat və ticarət baxımından, xüsusən kənd təsərrüfatı məhsulları sektorunda yaxşı əlaqələrə malikdir: "İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də İranın Azərbaycan Respublikası ilə ticarət balansını artırmağa çalışacağıq.

O da söylənilib ki, İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini icra olunmuş plana uyğun olaraq inkişafı məqsədilə qərara alınmışdır ki, iki ölkə arasında parlament dostluq qrupu yaradılsın və bu qrup iki ölkə arasında ticarət əlaqələrinin artmasında əsas rol oynayacaqdır: "Həmsərhəd olmağımızdan bir fürsət olaraq istifadə etməliyik və bununla əlaqədar iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək".
Bağlanan banklardakı əmanətlərə blok qoyuldu - PULLAR QAYTARILMIRLisenziyaları ləğv edilmiş 4 bankın əmanətçilərinin şikayətləri bitmir.

Ata Bankın və AG Bankın əmanətçi İlqar Fərmanov Publika.az-a bildirib ki, iyulun 1-dən bağlanan banklardakı 30 min manatdan yuxarı əmanətlərin qaytarılacağı bildirilsə də, vasitəçi bank pulları qaytarmaqdan imtina edir:

"Ata Bank üzrə 30 min manatdan yuxarı məbləğlər 1 iyul tarixindən ödənilməli idi. Lakin 30 min manatdan yuxarı bütün əmanətlərə blok qoyulub. Mənim əmanətimin heç bir problemi yoxdur. Nə miqrasiya olub, nə kredit var, nə də ki və s. Lakin əmanətim mənə qaytarılmır. Rəsmi açıqlama yoxdur. Sozdə "araşdırma" gedir cavabını verirlər. Mənim kimi əmanətçi minlərlədir.

AG Bankdakı əmanətimə də, bankın 2017 ci ildən əmanət qəbul etmək hüququnun olmadığı lakin əmanətlərin qanunsuz qəbul edildiyi səbəb gətirərək blok qoyublar.

Əmanətləri qaytarmamaq üçün hər vasitəyə əl atılır. Bununla da əhalidə bank sektoruna inamsızlıq artırır. Artıq 1 ildir Ata Bankdan pullarımı geri ala bilmirdim. Lisenziya geri alınanda sevindim ki, nəhayət ADİF və Mərkəzi Bank vəsaitlərimi qaytaracaq. Lakin böyük çətinliklər bundan sonra başladı. Qeyd eləmək istərdim ki, bütün əmanətlərim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun sığortalıdır”.
Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz AZALTDIDünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri və təcrid rejimi SOCAR-ın maliyyə imkanlarına mənfi təsir göstərib. Nəticədə SOCAR-ın müvafiq əmri ilə xərclərin azaldılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

Modern.az-a daxil olan məlumata görə, bu tədbirlərin davamı olaraq əmək haqqı xərclərinin azaldılmasını təmin etmək məqsədi ilə SOCAR tərəfindən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ANQSİHİRK) müraciət olunaraq, SOCAR-da çalışan işçilərin səlahiyyətli nümayəndəsi kimi peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödəniş məbləğlərinin 1 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı münasibət bildirilməsi xahiş edilib.

Komitə tərəfindən SOCAR-ın müraciətinə baxılıb və 22 iyunda keçirilmiş iclasda aylıq əlavə ödəniş məbləğlərinin azaldılmasına razılıq verilib.

Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev əmr imzalayıb. Əmrdə deyilir:

“1. SOCAR-ın 28 dekabr 2015-ci il tarixli SOCAR/15-1000/01/SM-04-000099 nömrəli “Əməyin təşkili və normalaşdırılması sahəsində standartların təsdiq və tətbiq edilməsi” haqqında əmri ilə təsdiq edilmiş “Əməyin ödənişi üzrə işçi kateqoriyalarının idarə olunması (SOCARSS-010.2015)” standartına və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”nin 19-cu Əlavəsinə əsasən, peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödənişlərin məbləğlərinin 01 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı tədbirlər görülsün.

2. Baş ofisin İnsan Resursları Departamentinə, İqtisadiyyat və Uçot İdarəsinə və SOCAR-ın strukturuna daxil olan qurumların rəhbərlərinə tapşırılsın ki, bu əmrin icrası ilə bağlı zəruri tədbirlərin görülməsi təmin edilsin.
3. Bu əmrin icrasına nəzarət SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımova həvalə edilsin”.

SOCAR-ın İcitmai əlaqələr və təbdbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib:

“Dünayada baş verən pandemiya ilə bağlı şirkətin gəlirlərində yaranmış azalmalar səbəbindən əsas maaş olduğu kimi saxlanılmaqla, maaşa əlavələr 50 faiz azaldılıb”.
Ələkbərov 4,77 milyard dollar itirdiRusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən bu yana 31,81 milyard dollar azalıb.

Avrasiya.net xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, rusiyalı milyarderlər arasında ən böyük itkiyə Leonid Mixelson məruz qalıb. Mixelsonun 5,76 milyard dollar itirdiyi bəlli olub.

“Lukoyl”un rəhbəri Vahid Ələkbərovun itkisi 4,77 milyard dollar təşkil edib. Bununla onun sərvəti 17,5 milyard dollara düşüb.

Azərbaycanda kredit borcları dondurulur - Sentyabrın 30-dək...Xüsusi tədbirlər planı tərtib edilib. Bu plana görə, Mərkəzi Bank kommersiya banklarına istehlak kreditləri üzrə ödənişlərin, xüsusən pandemiyanın təsir etdiyi sektorlar üzrə çalışan vətəndaşlar üçün sentyabr ayının 30-dək təxirə salınması və ya cərimə faizinin və dəbbələrin hesablanmamasını tövsiyə edilib.

Bunu millət vəkili Vüqar Bayramlı səsləndirib. Prosesin tənzimlənməsi isə bank və müştəri arasında aparılır.

"Burada mahiyyət ondan ibarətdir ki, pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşımızın istehlak krediti varsa, onu ödəməkdə çətinlik çəkirsə, o zaman banka müraciət edib sentyabrın 30-dək cərimə faizləri və dəbbələrin hesablanmamasını istəyə bilər”, – deyə Vüqar Bayramlı qeyd edib.

Millət vəkili həmçinin bildirib ki, artıq pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşların bir qismi güzəştlərdən istifadə ediblər.

"Həmin qərar qəbul edilən zaman Banklar Assossasiyası və banklarla məsləhətləşmələr aparılıb. Banklar həmin tədbirlər planının hazırlanmasında iştirak ediblər. Buna görə də vətəndaşlarımızın bir qismi artıq bu güzəştlərdən istifadə edirlər. Kredit götürdükləri banklara müraciət edərək güzəştlərdən faydalana bilirlər. Güman edilir ki, yeni ödəmə cədvəli və ya yeni ödəmə qrafiki tətbiq edilməklə davam etdiriləcək. Pandemiyanın hansı müddəti əhatə edəcəyi sual altındadır. Əvvəllər postpandemiya dövrü qeyd olunurdu. İndi beynəlxalq ekspertlər belə postpandemiya sözünü çox ehtiyatla istifadə edirlər”. (qazet.az)