Dövlət Agentliyi deputatın şirkətini məhkəməyə verdiDövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Piran kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Kaspi Yıldız” MMC tərəfindən qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilib.

Avrasiya.net xəbər verir ki, agentliyin rəsmisi Samir Qurbanov bildirib ki, faktla bağlı bu ilin 26 oktyabr tarixində protokol tərtib edilib və şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lerik Rayon Məhkəməsinə göndərilib.

O qeyd edib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Qeyd edək ki, “Kaspi Yıldız” MMC Milli Məclisin deputatı İqbal Məmmədovə məxsusdur.
SOCAR 1674 işçisini ixtisara SALDISOCAR 1674 işçisinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Avrasiya.net-in xəbərinə görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Facebook” səhifəsində yaydığı açıqlamada bildirib ki, kadr dəyişiklikləri ilə bağlı zaman-zaman istifadə olunan məfhumlardan biri də "sərbəstləşən" və ya "sərbəstləşdirilən işçilər" anlayışıdır.

”Əslində isə SOCAR-ın daxili məlumat mübadiləsində və ictimaiyyətə verilən açıqlamalarda bəzən istifadə olunan bu məfhum Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununda təsbit olunub: "1.1.19. sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər". Əlbəttə, insanların - zərurət ucbatından olsa belə - işsiz qalması sevindirici bir hal deyil. Məhz buna görə SOCAR öz sosial məsuliyyəti nəticəsində (qanunvericilik bunu SOCAR-dan tələb etməsə də), sərbəstləşdirilən və ya işsiz qalan işçilərinə şirkət daxilində başqa iş yerləri təklif edir”, - İ. Əhmədov qeyd edib.

O həmçinin əlavə edib ki, bu layihə çərçivəsində, sərbəstləşən işçilərə (işləməsələr belə) son aldıqları ortalama aylıq əmək haqqının 50%-nin hər ay ödənilməsi təklif olunur.

Həmin müddətdə isə şirkət həmin sərbəstləşdirilmiş (və ya fəaliyyətsiz qalmış) işçilərinə daxili vakansiyalar təklif edir və onların mümkün qədər tez yenidən işə qəbul olunması üçün kənardan işə qəbulu məhdudlaşdırılır.

“Mən aşırı pafosun tərəfdarı deyiləm, ancaq bu sadəcə bir həqiqətdir ki, bildiyim qədər, başqa şirkətlərin mütləq əksəriyyəti özlərinin ixtisara düşən işçiləri üçün belə bir şərait yaratmır”, - İ. Əhmədov əlavə edib.

Qeyd edək ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR-da aparılan optimallaşdırma tədbirləri ilə əlaqədar bu günə qədər sərbəstləşən işçilərin sayının 1674 nəfər olduğunu bildirib.

SOCAR Ermənistan bazarına bu cür girirGorus-Qafan yolunda Azərbaycan gömrük və sərhəd postunun qurulması Ermənistanın daxili bazarında enerji daşıyıcılarının qiymətinə təsir edir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Enerji Təhlükəsizliyi İnstitutunun direktoru Vahe Davtyan danışıb.

O iddia edib ki, bu müddət ərzində İran maşınlarının axını azalıb və nəticədə yanacaq qıtlığı müşahidə edilib. Belə ki, bunun nəticəsində 29 oktyabrda Ermənistanda yanacaq qiymətləri qalxıb. Ancaq bu, son olmayacaq.

Onun sözlərinə görə, Ermənistanda maşınlar qiymətə görə daha çox maye qazla işləyir:

“Məsələ burasındadır ki, maye qaz Ermənistana irihəcmli yük maşınlarında gətirilir. Bu maşınlar üçün Ermənistan hakimiyyətinin çəkdiyi alternativ dolama yollar isə çox dar və keçilməzdir”.

O, həmçinin qiymətlərin qalxmasına həm də qlobal səviyyədə qiymət bahalaşmasının səbəb olacağını bildirib.

Qeyd edək ki, ötən gün SOCAR-ın Gorus-Qafan yolunda yeni yanacaqdoldurma məntəqəsi açması barədə xəbər ciddi rezonans yaradıb. Bir çoxları düşünür ki, SOCAR-ın yanacaq məntəqəsində qiymətlərin daha ucuz olması, üstəlik Gorus-Qafan yolunun alternativ yoldan müqayisəedilməz dərəcədə rahatlığı Ermənistan vətəndaşlarının bu yoldan və SOCAR-ın yanacaq məntəqəsindən istifadəsini stimullaşdıracaq. Bu isə Ermənistan bazarına Azərbaycanın ilk nüfuzudur.
EIA: "İran təbii qaz idxalçısına çevrilə bilər"İran 2025-ci ildən təbii qazın idxalçısına çevrilə bilər.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında bildirilir.

Sənəddə deyilir ki, islam respublikası daxilində "mavi yanacaq" həddindən çox istehlak olunur, üstəlik ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar qaz hasilatına xarici investisiyaların qoyuluşunu məhdudlaşdırır, odur ki, bir neçə ildən sonra İran qaz çatışmazlığı ilə üzləşə bilər.

Hazırda İran 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada 2-ci yerdədir. Bu sahədə liderlik isə 37 trilyon kubmetrlə Rusiyaya məxsusdur.

EIA-nın proqnozu İranın Energetika üzrə Ali Şurasının proqnozu ilə demək olar ki, üst-üstə düşür. Belə ki, qurumun hazırladığı hesabatda bildirilir ki, lazımi qədər (89 milyard ABŞ dolları) sərmayə qoyulmasa və israfçılığın qarşısı alınmasa, 2025-ci ildən ölkədə təbii qazın hasilatı ilə istehlakı arasında balans pozulacaq.
Yeni qanun QƏBUL EDİLDİ: bu rüsumlar kəskin artdı - SİYAHIAzərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

Avrasiya.net xəbər verir ki, məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən aşağıdakı rüsumlar müəyyənləşir:

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;
Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;
Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;
Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;
Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;
Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Dotasiya, DSMF borcu və problemlərlə üz- üzə qalan BƏLƏDİYYƏMİZHazırda Milli Məclisdə büdcə müzakirələri gedir. Maraqlı təkliflər səslənməkdədir. Mənim üçün maraqlı məqam isə bələdiyyələrə ayrılan dotasiya ilə bağlıdır. Əldə etdiyim bilgiyə görə, növbəti ildə bələdiyyələrə 5.3 milyon manat dotasiya, 1.3 milyon manat subvensiyanın ayrılması nəzərdə tutulur. Bu məqamla bağlı bəzi fikirlərimi oxucularımla bölüşmək istərdim. Birincisi bələdiyyələrə dotasiya lazımdırımı? Maraqlı sualdır, deyilmi.

Sual oluna bilər ki, ümumiyyətlə bələdiyyələrə niyə dotasiya ayrılmalıdır. Fikrimcə, bələdiyyələrə dotasiyanın ayrılmasında bəzi məqamlara xüsusiylə diqqət yetirmək lazımdır.

****

Bu gün bələdiyyələrə vergi məsələləriylə bağlı metodik tövsiyənin verilməsi Dövlət Vergi Xidmətinin (DVX) bilavasitə səlahiyyətinə aiddir. Müşahidələr göstərir ki, bələdiyyələrinin DSMF borclarının silinməsiylə bağlı DVX-də konkert strateji konsepsiya yoxdur. Əvvəlcə qeyd edim ki, pandomiyaya qədərki dövrdə bələdiyyələrin DSMF olan borcun həcmi 12 milyon manatı keçmişdi. 2018-ci ildə Prezident Adminstrasiyasının müvafiq sektorunun və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, habelə regional ədliyyə idarələrinin sərt addım və tövsiylərindən, xüsusən də ölkə başçısının həmin ilin fevralında təsdiq etidiyi sənədə görə DSMF-yə olan faiz borclarının silinməsindən sonra 2020-ci ilədək DSMF borclarının həcmi altı milyon manatadak azaldıldı. Ancaq 2020-ci idlə dünyanı ağuşuna alan koronavirus pandomiyası dövründəki gərginlik borcun həcminin yenidən artmasına səbəb oldu. By gün borcun həcmi yeddi milyon manatı keçib və artmaqda da davam edir. Strateji proqramın və son iki ildə məhz borcların silinməsiylə bağlı bələdiyyələrə hər hansı tövsiyənin verilmədiyi halda DVX çıxış yolu kim bələdiyyə sədrlərinin ölkədən çıxışına məhkəmə yolu ilə qadaga qoyması və bələdiyyə sədrlərini məhşər ayağına çəkməsi başa düşülən deyil. Məhz bu addıma görə belə qənaətə gəlirik ki, DVX-nin bu sahəyə ilə bağlı konkret proqramı belə yoxdur və əfsuslar olsun ki, ölkədən çıxışa qadağa qoymaqla işlərini bitmiş hesab ediblər.

DVX-i bu günədək bələdiyyələrin DSMF borclarının hansı səbəbdən və kimlər tərəfindən yaradıldığını müəyyən etməliydi. Üstəlik bələdiyyələr birləşdirilərkən qanunvericilikdəki boşluqların hesabına borclu bələdiyyənin borcunun yeni bələdiyyəyə keçməsinə “göz yumması” da təəssüf doğurur. İlk növbədə DVX-i borcu yaradan bələdiyyə sədrlərini məşhər ayagına çəkməli və az qala borcun 30 faizədək yaranan faizin artmasına şərait yaratmalı deyildi. İnsaf naminə deyim ki, bu işdə daha çox DSMF-da çalışan məsuliyyətsiz rəhbərlərin də günahı az deyil. Məhz belə rəhbərlərin hansısa maraq naminə borcun artmasına goz yuması və bələdiyyənin bank hesabının açması nəticədə borcun bu qədər şişməsinə səbəb oldu. Onu da əlavə edim ki, borcun bugünədək ödənilməməsində və borcun bu qədər şişməssində rayon icra hakimiyyəti başçılarının da günahı az deyil. Onlar məhz rayonun siyasi rəhbəri olaraq bilavasitə problemin həllinə məsuliyyət hissiylə yanaşmış olsaydılar, bələdiyyələri məcburi şəkildə rayonda həyata keçirilən irili-xırdalı layihələrin icrasına cəlb etməsəydilər, əksinə borcun silinməsi üçün dəstək vermiş olsaydılar, bu gün Biləcəri bələdiyyəsinin 784 min manat, Əhmədli bələdiyyəsinin 85 min manat, Xocasən bələdiyyəsinin 172 min manat, 19 Gədəbəy bələdiyyəsinin 563 min manat, ümumlkdə Tərtər bəldəiyyələrinin 400 min manatdan artıq, hətta 66 Bərdə bələdiyyəsinin 900 min manata yaxın borcu olmazdı.

Qayıdaq dotasiya məsələsinə

***

Vəziyyətdən çıxış yolu kimi nəyi təklif edirik.
Bu gün ölkə bələdiyyələrinin maliyyə durumu etiraf edək ki, ürəkaçan vəziyyətdə deyil. Belə bir vəziyyətdə minə yaxın bələdiyyənin bank hesabının məhz borca görə bağlı qalması nəticə etibaryılə bələdiyyənin fəaliyyətini iflic vəziyyətə salır. Odur ki, bu il dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin yəni 5.3 milyon manatın həcminin artırılaraq bu vəsaitin məhz borcun silinməsinə yönəldilməsi sonda bələdiyyələrin fəaliyyətinə təkan vermiş olacaq.

Sonrakı illərdə isə biz bələdiyyələrə dotasiyanın ayrılmasının tərəfdarı deyilik. Bələdiyyələrin dotasiyadan çox qanunlardakı boşluqların aradan qaldırılmasına və əlavə maliyyə istiqamətlərinin verilməsinə ehtiyacı var.

Hüququ statusu olmayan mənzillərin sənədləşdirilməsinə “yaşıl işığın” yandırılması, əmlak vergisində nəzərdə tutulan dəyişikliyin, yəni “istifadəsində” sözünün Vergi məcəlləsinə əlavə edilməsi və yerli vergilərin tarifinin artırılması məsələsinə baxılması, bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın, habelə xəritələrin verilməsi, ən nəhayət icra hakimiyyəti orqanlarının bələdiyyələrin fəaliyyətinə müdaxiləsinə son qoyulması nəticə etiabriylə bələdiyyələrin inkişafına səbəb olacaq. Belə olan halda heç dotasiyaya da ehtiyac qalmayacaqdır.

***

Son olaraq Milli Məclis üzvlərindən xahiş edirəm ki, bu yazıda qaldırılan məsələləri diqqətdən kənarda saxlamasınlar. Qeyd edim ki, Ulu öndər Heydər Əliyevin dəstəyi və təşəbbüsü ilə yaradılan bir qurumun inkişafına hər birimiz dəstək verməyə borcluyuq. Bələdiyyələrə daxil olan hər bir əlavə manat unutmayaq ki vətəndaşın probleminin həllinə yönəldilir.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri
"Azərsu" 2 milyon manatlıq tenderə yekun vurub"Azərsu" ASC 50 subartezian və artezian quyuda diaqnostika, yuma, quyu inkişafı və təmir-bərpa işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Hydro-Geo Environnement Group" MMC-dir.

Qalib şirkətə 1 870,3 min manat ödəniləcək.
Naxçıvandan Məşhədə dəmiryol reysi bərpa oluna bilərAzərbaycanın nümayəndə heyətinin İrana səfəri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcək.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilmiş iclasında deyib.

Onun sözlərinə görə, səfər iki ölkə arasında imzalanmış müqavilələrin şərtlərinə əməl olunması üçün maneələri aradan qaldıracaq: "Bu, hər iki xalqın mənafeyinə xidmət edir”.

Nazir əlavə edib ki, İran-Azərbaycan sərhədində 100 metrlik körpünün tikintisi və Rəşt-Astara dəmiryolu dəhlizinin tamamlanması nümayəndə heyətinin səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdəndir: "Bizim azərbaycanlı dostlarımız İranın Astara şəhərində terminalın tikintisinə sərmayə qoyublar, onun bir hissəsi tamamlanıb. Terminalın başa çatdırılması ilə bağlı müzakirələr aparılacaq. Biz Azərbaycanın Astara şəhərində də görüş keçirəcəyik, Naxçıvan-Məşhəd dəmir yolu layihəsini yenidən aktivləşdirəcəyik. Avtomobil nəqliyyatı və avtomobil tranziti sahəsində əməkdaşlıq bu komissiyanın ən mühüm danışıqlar mövzularından biridir".

Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı ilin dekabrın 29-da hərəkətə başlayıb və təxminən 1 il sonra müəyyən texniki səbəblərdən onun fəaliyyəti müvəqqəti dayandırılıb.
İstanbul şəhərində Türk biznes forumu keçirilibNoyabrın 10-da Türkiyənin İstanbul şəhərində Türk Ticarət və Sənaye Palatasının assambleyası və biznes forum keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycanı assambleyada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycandan olan nümayəndə heyətinə həmçinin Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, AZPROMO-nun prezidenti Yusif Abdullayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Konfederasiyanın Rəyasət Heyətinin üzvləri Səkinə Babayeva, Şahmar Vəliyev də daxil olmaqla 35 sahibkar daxildir.

Assambleyada çıxış edən Rıfat Hısarcıklıoğlu Türk Ticarət və Sənaye Palatasının üzvlərinin İstanbul görüşündən gözləntiləri barədə danışıb.

Türk Şurası Baş katibi Bağdad Amreyev Türk Ticarət və Sənaye Palatasının İnvestisiya Fondunun yaradılması təklifinin həyata keçirilməsi perspektivləri barədə iştirakçılara məlumat verib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, hər il noyabrın 10-da bütün türk dünyasının dahi şəxsiyyəti olan Atatürkün sevgi və rəhmətlə yad edildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında yeni bir dövr başlayıb. Ölkə iqtisadiyyatının gələcək prioritetləri, potensial imkanları genişlənib. İşğaldan azad edilən torpaqlarımız yenidən iqtisadiyyatımızın bir parçası kimi inkişafımıza xidmət edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Naxçıvan üzərindən Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin təməlinin qoyulması və bu tarixi hadisələrin böyük Türk birliyi üçün mühüm əhəmiyyəti vurğulanıb.

Sonra davam edən işçi sessiyada Palatanın tərkibində gənc və qadın sahibkarlar komitələrinin yaradılması müzakirə edilib.

Açılış mərasimindən sonra keçirilən biznes-forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanı təmsil edən 300-dən çox sahibkar iştirak edib.
Komitə sədri Tahir Mirkişili rüsumların artımından danışdı"Azərbaycanda rüsumların əksəriyyəti 15 il bundan əvvəl müəyyən edilib".

Avrasiya.net trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib. Rüsumların artımının vətəndaşların xərcinə təsir edəcəyini qeyd edən komitə sədri onların gəlirlərinin artması haqqında da tədbirlərin görüləcəyini qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir.

Mirkişili bildirib ki, bəzi ölkələrdə bu məbləğ 8 faizdən yuxarıdır.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.