"AzParking"in əməkdaşı döyüldü

Xətai rayonu, H.Salmani küçəsi, 1 ünvanında yerləşən mağazanın qarşısında "Azparking" MMC-nin parklanma xidmətinin İbrahim adlı bələdçisi döyülüb.

Avrasiya.net "Qaynarinfo" ya istinadla xəbər verir ki, hadisədə firmalardan birinin Əli adlı ekspeditoru təqsirli bilinib.

Əli həmin vaxt avtomobilini mağazanın qarşısında saxlayıb. Bələdçi buna irad bildirib. Tərəflər arasında mübahisə yaranıb və daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra bələdçi Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng edərək döyüldüyünü bildirib. Bundan sonra Əli saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesi zamanı məlum olub ki, tərəflər artıq barışıb və zərərçəkənin heç bir şikayəti yoxdur.

Məhkəmənin hökmü ilə hadisədə təqsirli bilinən ekspeditora aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu saxlanıldığı 2 gün müddət 1 günə 4 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər