“AOPE” – Qrant müsabiqəsinin qalibi

“AOPE” – Qrant müsabiqəsinin qalibi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən il elan etdiyi qrant müsabiqəsinin qaliblərindən olan “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi layihənin icrasına start vermişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində işğaldan azad edilmiş rayonlardan olan sahibkarlar üçün yaşıl artım və dayanıqlı inkişaf sahəsində peşəkar təlimlərin verilməsi və 200 nəfərədək iş adamının da iştirakı planlaşdırılan konfransın keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi “Böyük Qayıdış” gedişatında yerli sahibkarların yaşıl artım, orqanik məhsul istehsalı, ekoloji tullantıları az olan və idarə edilən, ekoloji balansın qorunmasına xidmət edən bizneslərin yaradılmasına üstünlük vermələrinə təşviq xarakterlidir. Fevral ayında Biləsuvar rayonu ərazisində məskunlaşmış keçmiş məcburi köçkün sahibkarları üçün ilk təlimlər başlayacaqdır. Bundan sonra Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məskunlaşmış keçmiş məcburi köçkünlərə təlimlər veriləcəkdir. May ayında isə yekun konfrans olacaqdır. Konfransda ekspertlərin də iştirakı ilə 3 panel müzakirələrinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” 2019-cu ildə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. Bu günədək 12 layihə icra edilmiş və müxtəlif həcmli tədbirlər keçirilmişdir. İctimai Birliyin əsas məqsədi ölkəmizdə orqanik məhsul istehsalının populyarlaşdırılması, yaşıl artım startegiyasına uyğun, o cümlədən ekoloji tarazlığın qorunmasına xidmət edən layihələrin icra edilməsidir.